Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 23:30

Tacikistanda rəsmilər ‘terror’ versiyasından danışır


Hadisə yeri

Tacikistan rəsmiləri dörd əcnəbi velosipedçinin öldürülməsində terrorçuluğun da bir motiv kimi nəzərdən keçirildiyini bildirib. Velosipedçilər ölkənin cənubunda əvvəl maşınla vurulub, daha sonra azı bir nəfər onlara silah odlu silah və bıçaqla hücum edib.

Daxili işlər naziri Ramazon Rakhimov iyulun 30-da Düşənbədə deyib ki, iki amerikalı, bir holland və bir isveçrəlinin öldürüldüyü insidentin araşdırılması üçün hökumət rəsmilərindən ibarət xüsusi qrup yaradılıb.

İyulun 29-da paytaxtdan 150 kilometr cənubda baş vermiş insidentdə azı 3 əcnəbi yaralanıb.

“Bir maşının sürücüsü və sərnişinləri xarici turistləri maşından çıxmağa məcbur edib, onlara odlu silah və bıçaqla hücum çəkib”, – deyən Rakhimov maşının hücumdan sonra hadisə yerini tərk etdiyini bildirib.

Öldürülənlərin bədənlərində bıçaq yaraları aşkarlanıb. Velosipedçilərin üçü hadisə yerində, biri xəstəxanada dünyasını dəyişib.

Rakhimov-un deməsinə görə, prezident Emomali Rahmon istintaqı şəxsi nəzarətinə götürüb.

İnsidentlə bağlı dörd nəfərin saxlandığı, iki nəfərin isə saxlanarkən müqavimət göstərdiyinə görə təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyü bildirilir.

XS
SM
MD
LG