Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:01

Havanın rütubətli olacağı gözlənir


Günəş

İyulun 31-də Bakı və Abşeron yarımadasında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 24-27, gündüz 32-37, Bakıda gecə 24-26, gündüz 35-37 dərəcə isti olacaq.

İyulun 31-də Azərbaycanın rayonlarında da hava şəraitinin yağmursuz keçəcəyi vurğulanır. Gecə 21-26, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti təxmin edilir.

Nazirlik xəbərdarlıq edir ki, iyulun 31-də Abşeron yarımadasında zəif şərq küləklərinin üstünlüyü fonunda havada rütubətin normadan bir qədər çox olması meteohəssas insanlarda narahatlıq yarada bilər.

XS
SM
MD
LG