Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 15:29

Zimbabvedə prezident seçkisi keçirilir


Seçicilər növbəyə durub

Bu gün – iyulun 30-da Zimbabvedə prezident seçkisi keçirilir. Uzun illər ölkəni idarə etmiş Robert Mugabe-nin adı seçki bülletenində yoxdur.

Seçkidə əsas namizədlər hakim ZANU-PF partiyasından 75 yaşlı Emmerson Mnangagwa, müxalifətin Demokratik Dəyişiklik Hərəkatının 40 yaşlı lideri Nelson Chamisa-dır.

Bu gün parlament və yerli seçkilər də keçirilir. Nəticələrin avqustun 4-də açıqlanacağı gözlənir.

Namizədlərin heç biri səslərin yarıdan çoxunu qazana bilməsə, sentyabrda təkrar seçki keçiriləcək.

94 yaşlı Mugabe 1980-ci ildə Zimbabve müstəqillik qazanandan sonra hakimiyyətə gəlib. O, ötən il silahlı çevriliş nəticəsində devrilib.

Onillərlə davam edən repressiv idarəçilik Zimbabvedə sərt iqtisadi problemlərə yol açıb.

Səsvermənin normal şəkildə keçməsi üçün ölkəyə yüzlərlə beynəlxalq müşahidəçi gedib.

Müxalifət səsvermədən öncə ölkədə saysız pozuntuların baş verdiyini bildirib, bülletenlərin təhlükəsizliyi, seçicilərin qorxudulması sarıdan narahatlığını bildirib.

XS
SM
MD
LG