Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 19:23

Lerikdə e.ə. V-III əsrlərə aid əşyalar tapılıb


180-dən çox qəbir aşkar olunub

Lerik rayonunun Gürdəsər kəndində aparılan arxeoloji qazıntılar zamanı eradan əvvəl V-III əsrlərə aid yeni insan qəbirləri və maddi-mədəniyyət nümunələrinin aşkar edildiyi bildirilir.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları 2012-ci ildən Lerikin Gürdəsər kəndində Piboz adlanan təpədə genişmiqyaslı arxeoloji qazıntı işləri aparırlar.

Şəhərdən 20 kilometr aralıda yerləşən bu ərazidə antik dövrə aid torpaq qəbirlərin içərisindən o dövrün adət-ənənəsinə uyğun olaraq sağ və sol böyrü üstə uzadılmış insan skeletləri, onların yanında isə saxsı qablar, tunc bəzək əşyaları, qılınclar, nizə, bıçaq aşkarlanıb. Eyni zamanda, orada heyvan şəklində qablar da tapılıb.

Ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminli bildirib ki, Lerik rayonunun Gürdəsər kəndində qazıntılar zamanı ümumilikdə 180-dən çox qəbir aşkar olunub.

Verilən məlumata görə, orada 2400-2500 il əvvəl geniş bir ərazini əhatə edən qəbiristanlıq olub. Qəbiristanlıq sıxlığı ilə də diqqət çəkir.

Məlumatda habelə vurğulanır ki, 2016-cı ildən antik dövr üzrə Lerik arxeoloji ekspedisiyasına amerikalı mütəxəssislər də dəvət olunub.

Ekspedisiya fəaliyyətini iyulun 31-də yekunlaşdırmalıdır.

Multimedia

XS
SM
MD
LG