Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 09:52

Təyyarənin itməsinin səbəbi tapılmayıb


Təyyarədə olmuş sərnişinlərin qohumları

Təhqiqatçılar MH370 təyyarəsinin itməsinin səbəbini tapa bilmədiklərini deyirlər. İyulun 30-da açıqlanmış hesabatda 19 təhqiqatçıdan ibarət komanda Malayziyanın daha öncəki versiyasını bir daha səsləndirib. Hesabata görə, Boeing 777 ilə kommunikasiya kəsiləndən sonra istiqaməti dəyişdirilib və yeddi saat da uçub.

Hesabatda təyyarənin itməsinin səbəbinin müəyyənləşdirilmədiyi vurğulanır. Təhqiqatçıların rəhbəri Kok Soo Chon-dan təyyarədə nə baş verməsinin səbəbi barədə soruşanda deyib ki, bu suala ancaq təyyarənin qalıqları tapılandan sonra cavab verilə bilər.

Sərnişinlərin ailə üzvləri hesabatın onlarda məyusluq və qəzəb yaratdığını deyiblər.

***

Bu gün – iyulun 30-da Malayziya dörd il öncə Kuala Lumpurdan Pekinə uçan sərnişin təyyarəsinin itməsiylə bağlı təhqiqatını açıqlayacaq.

MH370 üzrə təhqiqat komandasının əvvəlcə təyyarədə olmuş sərnişinlərin ailələri üçün qapalı brifinq keçirəcəyi, daha sonra yekun hesabat açıqlayacağı gözlənir.

239 sərnişinin olduğu Boeing 777 2014-cü il martın 8-də yoxa çıxıb. Onun dənizə düşdüyü ehtimal edilir.

Ancaq Hind Okeanında aparılmış 120 min kvadrat kilometrlik axtarış zonasında təyyarənin əlaməti tapılmayıb.

1046 günlük axtarışdan sonra Malayziya, Çin və Avstraliya 2017-ci ilin yanvarında axtarışı dayandırıblar.

Təyyarənin itməsiylə bağlı müxtəlif nəzəriyyələr irəli sürülüb. Onların içində qəza, təyyarə qaçırılması, terror cəhdi var.

XS
SM
MD
LG