Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 09:04

İndoneziyada baş verən zəlzələdə azı 13 nəfər ölüb


İndoneziyanın Lombok adasında zəlzələ-29,07.2018

İndoneziyada baş verən zəlzələdə azı 13 nəfər ölüb.

Bu barədəAzadlıq Radiosu Assosiated-Press və digər qərb agentliklərinə istinadla xəbər verir.

Zəlzələ iyulun 29-da turistlərin gur olduğu Lombok adasında baş verib.

Yeraltı təkanların gücü 6,4 bal olub.

Nəticədə minlərlə evə ziyan dəyib.

Təbii fəlakətlər üzrə milli agentliyin sözçüsü Sutopo Purwo Nugroh ölü sayının artacağını istisna etməyib.

Zəlzələnin ardınca çoxsaylı təkanlar qeydə alınıb.

Lombok Bali adasının təxminən 40 kilometrliyində yerləşir.

2004-cü ildə İndoneziyanın Qərbində, Sumatra sahillərində baş verən güclü zəlzələ və bunun ardınca Hind Okeanı boyunca onlarla ölkədə baş verən sunami nəticəsində 220 mindən çox adam öldü.

XS
SM
MD
LG