Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 12:31

Zəfər Əhmədovun harda saxlanması barədə məlumat verilmir


Foto arxiv

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Zəfər Əhmədovun harda saxlanıldığı bilinmir.

Bu haqda ailə üzvləri məlumat verib, onlar cəbhəçinin taleyindən narahatdır.

“Heç bir qurum bizə onun saxlandığı yer barədə məlumat vermir”, - yaxınları söyləyir.

Zəfər Əhmədov iyulun 27-də həbs edilib.

Yaxınları bu gün, iyulun 28-də Xətai Rayon Polis İdarəsində olublar. Ordan ailə üzvlərinə bildiriblər ki, Z.Əhmədov idarədə saxlanılır. Yaxınları onun üçün yemək gətirərkən artıq cəbhəçinin idarədə olmadığını deyiblər.

Onlar daha sonra Binəqədidəki inzibati qaydada həbs olunanların saxlanma məntəqəsinə müraciət edib. Məntəqədən cavab verilib ki, Z.Əhmədov orada da yoxdur.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.

Xatırlatma

İyulun 27-də Xətai Rayon Məhkəməsi AXCP fəalı Zəfər Əhmədliyə 30 sutka inzibati həbs cəzası verib. Onun küçədə inzibati qaydanı pozmaqda və onu intizama dəvət edən polisin tələbinə tabe olmamaqda günahlandırıldığı bildirilir.

Ancaq yaxınları ittihamı saxta sayırlar.

AXCP-dən isə Z.Əhmədlinin həbsinin gerçək səbəbinin "Facebook" sosial şəbəkəsində yazdığı statuslar olduğu bildirilib.

Z.Əhmədli həm də həbsdə olan AXCP üzvü Fuad Əhmədlinin atasıdır. F.Əhmədli Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunurdu. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 4 il həbs cəzası kəsib.

F.Əhmədli ittihamları rədd edir və siyasi baxışlarına görə həbs olunduğunu bildirir.

Multimedia

XS
SM
MD
LG