Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 15:15

'Azərsu' sədrindən su təminatı ilə bağlı açıqlama


Su

«2018-ci ilin yanvar-iyun aylarında ölkə üzrə 510 km içməli su və 201 km kanalizasiya xətləri çəkilib».

İyulun 27-də «Azərsu» ASC-də 2018-ci ilin birinci yarım illiyinin yekunlarının müzakirəsində sədr Qorxmaz Hüseynov belə deyib.

«Azərsu»nun sədri qeyd edib ki, yarım ildə 7 min 800 nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib. 30 min 400 nəfərin su təminatı isə fasiləsiz rejimə keçirilib.

«Bununla da fasiləsiz rejimdə su təminatının səviyyəsi ölkə üzrə 67.6 faiz təşkil edib. Ölkə üzrə abonentlərin sayğaclaşma səviyyəsi 79.4 faizə çatdırılıb», - Q.Hüseynov deyib. Onun sözlərinə görə, 50 şəhər və rayon mərkəzinin 25-də su və kanalizasiya şəbəkələrinin, 10-da isə su şəbəkələrinin inşası yekunlaşıb.

Toplantıda bildirilib ki, bu il Ağdaş, Qəbələ, Daşkəsən və Ağcabədi şəhərlərində su və kanalizasiya şəbəkələrinin, Astara şəhərində isə su şəbəkəsinin inşası başa çatdırılacaq. Sutkalıq məhsuldarlığı 140 min kubmetr olan Şəmkirçay sutəmizləyici qurğusunun da bu il istismara veriləcəyi qeyd edilib.

Multimedia

XS
SM
MD
LG