Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 23:00

Kadyrov-un bacısı oğlu Qroznının meri oldu


Ibragim Zakriyev (solda) və Ramzan Kadyrov

Rusiyanın Çeçenistan regionunun lideri Ramzan Kadyrov-un bacısı oğlu paytaxt Qroznının meri vəzifəsinə gətirilib. Onu bu vəzifəyə yerli deputatlar seçib.

İyulun 26-da Qroznının şəhər şurası Kadyrov-un bacısı Zulai-nın oğlu Ibragim Zakriyev-un mer vəzifəsinə keçməsinə səs verib.

Ondan əvvəl bu postu Muslim Khuchiyev tuturdu, o, iyunda baş nazir təyinatı alıb.

İnsan haqları fəalları 2007-ci ildən bəri Çeçenistanda baş administrativ vəzifələrin çoxunda Kadyrov-un qohumlarının olduğunu deyirlər. Həmin il Rusiya prezidenti Vladimir Putin Kadyrov-u Çeçenistan lideri təyin edib.

Tənqidçilər onun regionu repressiv metodlarla idarə etdiyini, təhlükəsizlik qüvvələri üçün toxunulmaz mühit yaratdığını deyirlər.

Onlar regionda adam oğurluqlar, məcburi yoxaçıxmalar, işgəncə , siyasi opponentlərin qətlinə görə Kadyrov və silahdaşlarının məsuliyyət daşıdığını bildirir.

Kremlin tənqidçilərinin fikrincə, Rusiya prezidenti Kadyrov-un yol verdiyi iddia olunan pozuntulara göz yumur.

XS
SM
MD
LG