Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:25

Azərbaycan-Rusiya siyasi məsləhətləşmələri başlayıb


XİN

İyulun 27-də Bakıda Azərbaycan və Rusiya xarici işlər nazirlikləri arasında məsləhətləşmələr keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, müzakirələr xarici siyasətin informasiya təminatı mövzusunda olub.

Məsləhətləşmələrə Azərbaycan tərəfindən XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev və Rusiya tərəfindən XİN-in İnformasiya və mətbuat departamentinin direktoru Mariya Zaxarova rəhbərlik edib.

Görüşdə Azərbaycan və Rusiya arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisində inkişafından məmnunluq ifadə olunub.

Məsləhətləşmələr çərçivəsində kütləvi informasiya vasitələri və sosial şəbəkələrlə iş, rəqəmsal diplomatiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunduğu və qarşılıqlı maraq doğuran sahələrdə təcrübə mübadiləsi aparıldığı qeyd edilir.

Görüşdə qeyd olunan formatda məsləhətləşmələrin davam etdirilməsinin vacibliyinin vurğulandığı bildirilir.

Multimedia

XS
SM
MD
LG