Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Yanvar, bazar, Bakı vaxtı 14:27

Prokuror da həbs olundu


Hansı qurumlarda korrupsiya daha çoxdur
Gözlə

No media source currently available

0:00 0:00:56 0:00

Hansı qurumlarda korrupsiya daha çoxdur. Sorğu

İyulun 26-da vəzifəsindən azad olunan İsmayıllı rayon prokuroru Ülvi Abbasov həbs edilib. Bu haqda Baş Prokurorluq bildirir.

Qurumdan verilən bilgiyə görə, bir neçə gün əvvəl yol verdiyi ciddi nöqsanlarla əlaqədar vəzifədən azad edilən İsmayıllı rayon prokuroru Ü.Abbasov barəsində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Hələlik Ü.Abbasovun vəkili və ya yaxınlarının bununla bağlı mövqeyini öyrənmək mümkün olmayıb.

İyulun 26-da rayon prokurorunun böyük köməkçisi Faiq Quliyev həbs edilmişdi. O, karxana sahibləri Azad Əliyevdən və Qalib Süleymanovdan külli miqdarda rüşvət almaqda şübhəli bilinir.

F.Quliyevə qarşı Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma ) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

XS
SM
MD
LG