Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:25

1800-dən çox uşaq ailəsinə qovuşub


Kubadan miqrant
Kubadan miqrant

Trump administrasiyasının iyulun 26-da bildirməsinə görə, ABŞ-Meksika sərhədində ailəsindən ayrılmış 1800-dən çox uşaq ailəsinə qovuşub. Onlar valideynləri və sponsorlarına qovuşublar, amma yüzlərlə uşaq hələ də ailəsindən ayrı yaşayır.

Federal hökumətin 2500-dən çox uşağı ailəsinə birləşdirməsi üçün cümə axşamı son tarix qoyulmuşdu.

Həmin uşaqlar ailələrindən yeni immiqrasiya siyasəti nəticəsində ayrı düşmüşdülər, məqsəd ölkəyə qanunsuz gələn mühacirlərin qarşısını kəsmək idi.

Ancaq bu siyasət dünyada siyasi və dini liderlərin qəzəbinə səbəb olub. Hər gün xəbərlərdə valideynlərindən qoparılan uşaqlardan söz açılıb.

Prezident Donald Trump bu siyasətə son qoysa da, San Dieqoda hakim hökumətə ailələri qovuşdurmağa vaxt vermişdi.

Çərşənbə axşamı etirazçılar Vaşinqtona yığışaraq Trump administrasiyasını məhkəmənin qərarına əməl etməyə, minlərlə uşağı valideyninə qovuşdurmağa çağırıb.

700 UŞAQ AİLƏSİNƏ QOVUŞMAYIB

Ancaq 700-dək uşaq hələ valideynini görə bilməyib, onlardan 431-nin valideynləri deportasiya olunub. 67 valideynin kriminal tarixçəsi üzə çıxıb.

Texasda miqrant uşaqlar üçün qurulmuş çadırlar
Texasda miqrant uşaqlar üçün qurulmuş çadırlar

Artıq iki həftəydi uşaqlar Texas, Arizona və Nyu Meksikoda ayrılmış xüsusi yerlərə göndərilirdilər. Onlar yemək, geyim, hüquqi məsləhət, təyyarə və avtobus bileti, yeni ayaqqabı bağlarıyla təmin olunub. Adətən, saxlama yerlərində ayaqqabı bağları onlardan alınır.

Bir-birinə qovuşan ailələr buraxılır, valideynlərə elektron bilərziklər verilir və məhkəməyə nə vaxt gələcəkləri bildirilir.

Təyyarə, avtobus biletlərini, qalma xərclərini FWD.US adlı xeyriyyə qurumu ödəyir. Bu qurumu Microsoft-un yaradıcısı Bill Gates, Facebook-un qurucusu Mark Zuckerberg və Dropbox-un banisi Drew Houston yaradıblar.

Bir mobil telefon şirkətinin isə miqrantlara altı aylıq pulsuz xidməti olan 500 mobil telefon payladığı bildirilir.

“The Associated Press” yazır ki, valideynlərini həftələrlə, yaxud aylarla görməyən bəzi uşaqlar bir daha tərk edilməyəcəkləri qorxusundan bu tezliklə qurtulan deyillər. Humanitar yardım əməkdaşı Julisa Zaragoza-nın deməsinə görə, bəzi uşaqlar hətta vanna otağına belə tək getməyə qorxublar, valideynlərinin yenə gedəcəyindən çəkiniblər.

Əl-Salvadordan olan 36 yaşlı Jose Dolores Munoz-un deməsinə görə, o hər dəfə evdən çıxanda qızı ağlayır, bir daha qayıtmayacağını düşünür.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG