Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 12:31

Bəzi ölkələr Rusiyayla əməkdaşlığa görə cərimədən yayına biləcəklər


Siyasi karikatura

Rusiyanın sanksiya altında olan müdafiə şirkətlərindən silah alan ölkələr Vaşinqtonla sıx əlaqələr yaratmağa çalışarlarsa, prezident onlara cərimə tətbiq etməyə bilər. ABŞ Nümayəndələr Palatası prezidentə bu səlahiyyət verən qanunvericiliyi qəbul edib.

Belə bir səlahiyyəti müdafiə naziri Jim Mattis istəmişdi.

Palata bunu iyulun 26-da böyük müdafiə qanununun tərkib hissəsi kimi təsdiqləyib. Bu dəyişikliyin keçmişdə Moskvayla sıx əlaqələri olmuş, indi isə Rusiyanın orbitindən çıxmağa çalışan Hindistan kimi ölkələrə köməyi dəyəcək.

Mattis ayın əvvəlində Konqresə məktubunda yazırdı ki, böyük silah ixracatçısı olan Rusiya həmin qanundan faydalana bilməyəcək. Onun “faydası ancaq Birləşmiş Ştatlara və bizimlə təhlükəsizlik münasibəti saxlamağa meylli ölkələrə dəyəcək”.

Trump-ın bir il öncə imzaladığı Rusiya sanksiya qanununa görə, Rusiyanın müdafiə və kəşfiyyat sektorları ilə ticarət edən istənilən ölkə Birləşmiş Ştatların cəriməsinə məruz qala bilər.

Qanunun məqsədi Rusiya prezidenti Vladimir Putini 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq etməsinə, Suriyada vətəndaş müharibəsində iştirakına, 2016-cı ildə ABŞ-da prezident seçkisinə iddia olunan müdaxiləsinə görə cəzalandırmaqdır.

Medianın yazdığına görə, Hindistandan başqa, Vyetnam və İndoneziya kimi ölkələr də yeni qanunvericiliyə uyğun olaraq sanksiyalardan yayına bilərlər.

XS
SM
MD
LG