Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 23:00

Polad Bülbüloğlunun qardaşından 200 mini kim alıb


Pul

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun qardaşı Çingiz Məmmədov Bakı ətrafında təxminən 200 min manata ev tikdirmək istəyib. Özünün dediyinə görə, bu pulu da verib. Ancaq nə ev tikilib, nə də pul qayıdıb.

Bu məsələ Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan Məmməd Nəsibovun işində ortaya çıxıb. İddia olunur ki, bu şəxs başqalarıyla yanaşı, Ç.Məmmədovu da aldadıb və pulunu mənimsəyib.

İyulun 26-da təqsirləndirilən M.Nəsibova hökm oxunub. Şəkər Məmmədovanın sədrlik etdiyi hakimlər kollegiyası ona 8 il 6 ay həbs cəzası kəsib.

M.Nəsibov ümumilikdə 400 min manatlıq dələduzluqda suçlanır. İddia olunur ki, o, zərərçəkmişlərdən İradə İsmayılovaya Hövsan qəsəbəsində 15 sot sənədsiz torpağı 21 min 500 manata satıb. Ç.Məmmədova isə Abşeron rayonu ərazisində bağ evi tikdirmək vədi verib və 200 min manat alıb. Başqa zərərçəkənlərdən Adilə Məmmədovanın 120 min, Gülnaz Xeyirovanın 43 min, Bahar Ələkbərovanın 17 min, Bəhram Namazovun 28 min ziyana düşdüyü iddia olunur.

M.Nəsibov özünü təqsirli bilmir və kimsəni aldatmadığını söyləyir.

Multimedia

XS
SM
MD
LG