İran İslam İnqilab Qvardiyası Keşikçilərinin komandirlərindən biri deyir ki, ABŞ qüvvələrinə qarşı dayanmağa hazırdırlar, əgər prezident Donald Trump Tehrana etdiyi xəbərdarlıqla bağlı hərəkətə keçərsə. Trump demişdi ki, İran ABŞ-ı hədələyərsə, “bunun fəsadları” ilə üzləşər.
“Cənab Trump, bizi hədələməyə necə cəsarət edirsiz?”, – qvardiyanın Qüds elit xarici əməliyyatlar qüvvələrinin rəhbəri Qassem Soleimani iyulun 26-da deyib.
“Sizə yaxınıq, elə bir yerdəyik ki, heç ağlınıza gəlməz. Gəlin. Müharibəni siz başlayacaqsız, amma onu biz bitirəcəyik”, – Soleimani İranın mərkəzindəki Həmədan şəhərində çıxışı zamanı söyləyib.
İyulun 22-də Trump böyük hərflərlə yazdığı tvitində İrana xəbərdarlıq edib ki, “Birləşmiş Ştatları hədələməsin, yoxsa tarixdə heç kəsin başına gəlməyənlərlə üzləşər”.
“ŞƏHİDLİYƏ SUSAMIŞIQ”
Trump-dan əvvəlsə İran prezidenti Hassan Rohani demişdi: “Amerika bilməlidir ki, İranla sülh bütün sülhlərin anasıdır, İranla müharibə bütün müharibələrin anasıdır”.
Soleimani Trump-a “qumarbaz” deyib ki, onun nitqinin “gecə klubları”na məxsus olduğunu söyləyib.
“Sizin qarşınızda dayanmağa hazırıq”, – Vaşinqtonun qara siyahıya saldığı Soleimani vurğulayıb.
Rohani iyulun 25-də demişdi ki, Trump-ın “əsassız” hədələrinə cavab verməyə dəyməz.
Soleimani Trump-a “bir əsgər” kimi cavab verdiyini söyləyib.
“Bizi ölümlə hədələməyin; biz şəhidliyə susamışıq”, – o vurğulayıb.
Twitter postundan cəmi iki gün sonra Trump deyib ki, Birləşmiş Ştatlar İranın nüvə proqramının məhdudlaşdırılması üçün “əsl saziş əldə etməyə hazırdır”.
Trump mayda nüvə sazişindən çıxdığını, Tehrana sanksiyaların bərpa olunacağnı bildirib. O, sazişi “fəlakət” adlandırıb.
İran nüvə proqramının dinc məqsədi olduğunu deyir.