Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:08

İki vəkil cəzalandırılıb


Vəkillər Kollegiyası

Vəkillər Kollegiyası Rəyasət Heyəti daha iki vəkili cəzalandırıb. Bunlar Qəhrəman PirməmmədovNurəli Həsənovdur. Vəkillərdən birinin fəaliyyəti bir illiyə dayandırılıb, digərinin kollegiya üzvlüyünə xitam verilməsi üçün məhkəməyə müraciət edilib.

Bu haqda Vəkillər Kollegiyasının məlumatında bildirilir.

Qərarlar kollegiyanın Rəyasət Heyətinin iyulun 25-də keçirilmiş iclasında qəbul edilib.

Rəyasət Heyətinin ümumilikdə vəkillər barəsində başlanılmış 10 intizam icraatına baxdığı bildirilir. Yekunda vəkil etikası normalarını pozduğuna görə 2 vəkilə töhmət verildiyi, digər işlər üzrə isə pozuntu aşkar edilmədiyi üçün intizam icraatlarına xitam verildiyi qeyd edilir.

Cəzalandırılan vəkillərin mövqeyini öyrənmək mümkün olmayıb. Vəkillər Kollegiyası onlar barəsində verilmiş qərarların səbəbləri haqda detallı bilgi vermir.

Xatırlatma

Vəkillər Kollegiyasında son 7 ayda xeyli vəkilin fəaliyyəti dayandırılıb. Onların arasında Yalçın İmanov, Əsabəli Mustafayev, Nemət Kərimli, Fəxrəddin Mehdiyev və digərləri var. Y.İmanov istisna olmaqla, digərlərinə birillik məhdudiyyət tətbiq olunub.

Buna qədər isə Aslan İsmayılov, Xalid Bağırov, Əlayif Həsənov, Namizəd Səfərov, Müzəffər Baxışovun vəkillik fəaliyyətinə xitam verilib.

Bu yaxınlarda vəkil İradə Cavadova cəzalandırılıb. Ən son, vəkil Fuad Ağayevə töhmət verilib.

Vəkillər barəsində cəza qərarları, əsasən, hüquq-mühafizə qurumlarının - Daxili İşlər Nazirliyi orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Baş Prokurorluğun müraciətləri əsasında verilib.

Vəkillər bu tendensiyanı daha çox yerli və beynəlxalq hüquq müdafiəçilərinin siyasi məhbus saydığı şəxsləri müdafiə etmələri ilə əlaqələndirir. Vəkillər Kollegiyası bu iddiaları rədd edir.

Multimedia

XS
SM
MD
LG