Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 14:16

Komitə sədrliyinə stalinpərəst deputat seçildi


Yelena Yampolskaya

Rusiya Dövlət Dumasının mədəniyyət komitəsinin sədrliyinə stalinpərəst, millətçi deputat seçilib.

Hakim Vahid Rusiya partiyasından deputat Yelena Yampolskaya bu posta iyulun 25-də təsdiqlənib. Kinorejissor Stanislav Govorukhin iyunda vəfat edəndən sonra bu vəzifə boş qalmışdı.

Yampolskaya sovet diktatoru Josef Stalini dəstəkləyən bəyanatlarla bir neçə dəfə qəzet başlıqlarına çıxıb, deyib ki, “Rusiyanı qorumaq üçün onu Allah göndərib”.

Yampolskaya jurnalist, teatr tənqidçisi və “Kultura” qəzetinin keçmiş redaktorudur, 2016-cı ildə Dumaya seçilib. O, 2013-cü ildə qalmaqallı “gey təbliğatı” qanununu da dəstəkləmişdi, baxmayaraq ki, insan haqları qrupları və xarici hökumətlər layihəni pisləmişdilər.

O, 1991-ci ildə Sovet İttifaqının çöküşünü Rusiyanın “Qərbin bacarıqlı təşkilatçılığı ilə düşməncəsinə ələ keçirilməsi” adlandırıb.

XS
SM
MD
LG