Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:42

Pakistanda müxalifət lideri seçkini udur


Imran Khan-ın tərəfdarları, arxiv fotosu

Rəsmi nəticələr Pakistanda müxalifət lideri Imran Khan-ın seçkini qazandığını göstərir. Onun Tehrik-e Insaf (PTI) partiyasının parlamentdəki 269 yerdən 109-nu əldə etdiyi bildirilir. Amma o, koalisiya hökuməti qurmaqdan ötrü müttəfiq axtarmalı olacaq.

“The Associated Press” agentliyinin iyulun 27-də seçki rəsmilərinə istinadla bildirməsinə görə, həbsdə olan keçmiş baş nazir Nawaz Sharif-in hakim Pakistan Müsəlman Liqası- Nawaz (PML-N) 63 yerə yiyələnib.

Üçüncü yerdə isə 39 yerlə Pakistan Xalq Partiyası gəlir. 20 yer üzrə səssayma hələ davam edir.

“Frans Pres” bildirir ki, seçki məntəqələrinin 95 faizi üzrə bülletenlər sayılıb və Khan-ın partiyası öndə gedir.

Khan-ın məclisdə çoxluqdan ötrü gərəkən 137 yeri qazana bilməyəcəyi görünür. Ancaq göstərdiyi nəticələrə istinadən demək olar ki, kiçik koalisiya tərəfdaşları ilə hökumət yaratmaqda problemi olmayacaq.

***

Imran Khan artıq partiyasının seçkidə qalib gəldiyini elan edib. O, iyulun 26-da yerli televiziyada söyləyib ki, “Allaha şükür, qalib gəldik, uğur qazandıq”. “Allah qoysa, örnək olacağıq”, – o, sözlərinə əlavə edib.

Artıq bülletenlərin yarıya qədəri sayılıb və PTI-nin öndə olduğu bildirilir. Ancaq hakim PML-N və bir neçə kiçik partiya nəticələri rədd edib, seçkidə irimiqyaslı saxtakarlıq və manipulyasiya olduğunu deyib.

Seçki komissiyasının rəsmisi isə səssaymanın yubanmasını elektron sistemdə texniki qüsurla izah edib, hazırda bülletenlərin əllə sayıldığını deyib.

Komissiya sədri Sardar Mohammad Raza “seçkinin 100 faiz şəffaf və ədalətli” keçdiyini vurğulayıb.

***

Media Pakistanda seçkinin ilkin nəticələrinə görə müxalifət lideri Imran Khan-ın partiyasının önə çıxdığını bildirir. Ondan geri qalan hakim partiya liderləri seçkinin nəticəsini “saxta” adlandırıb.

“Reuters” iyulun 26-da səhər xəbər verib ki, bülletenlərin 30 faizi sayılıb və Khan-ınTehrik-e Insaf partiyası (PTI) 272 dairədən 113-də öndədir. Məlumatı Pakistanın Seçki Komissiyası yayıb.

“The Associated Press” yazır ki, “ilkin qeyri rəsmi nəticələr” keçmiş kriket ulduzu olan Khan və partiyasının, həbsdə olan keçmiş baş nazir Nawaz Sharif-in PML-N partiyasını üstələdiyini göstərir. Seçki dönəmində bu partiyaya Nawaz-ın qardaşı Shahbaz Sharif liderlik edib.

Pakistanın dörd televiziyasının açıqladığı ilkin proqnozlara görə, Khan-ın partiyası parlamentdəki 272 yerdən 102-ni əldə edə bilər. PML-N partiyasının isə 40-58 yer qazanacağı proqnozlaşdırılır.

XS
SM
MD
LG