Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 21:06

Gəncə hadisələri ilə bağlı daha bir nəfər öldürüldü


DTX

Gəncə olaylarına görə əməliyyat tədbirlərinin davam etdirildiyi bildirilir.

AZƏRTAC-ın hüquq-mühafizə orqanlarına istinadən yaydığı xəbərə görə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı Yunis Səfərovla birlikdə sui-qəsd törətmək planlarını hazırlamış şəxslərdən daha biri öldürülüb.

Məlumatda bildirilir ki, öldürülən şəxs Gəncə şəhər sakini Sərxani Ağa Hüseyn oğludur. Onun Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adamöldürmə və dövlət xadiminin həyatına sui-qəsd etmə maddələri üzrə axtarışda olduğu deyilir.

«Sərxani Ağa Hüseyn oğlu silahı müqavimət göstərdiyinə görə «Aslanlar» qrupu tərəfindən öldürülüb», - məlumatda qeyd edilir.

Rəsmi bilgiyə görə, o, 2016-cı ildə Suriya ərazisində silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib, mütəmadi olaraq İrana səfərlər edib.

Məlumata adıçəkilən şəxsin yaxınlarının münasibəti bəlli deyil.

Xatırlatma

İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis serjantı Qasım Aşbazova silahlı sui-qəsd olub. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib.

Hüquq-mühafizə qurumları iddia edir ki, Y.Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bundan ötrü bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada xaos yaratmaq, hakimiyyətin zorla ələ keçirilməsi olub.

Hələlik, Y.Səfərov bu iddialarla bağlı münasibətini açıqlamayıb.

Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə, Sumqayıtda aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Hüquq-mühafizə orqanları bu hadisə ilə bağlı indiyədək 30-dan artıq şəxsin həbs edildiyini, 8 nəfərin axtarışda olduğunu, axtarışda olanlardan iki nəfərin polisə silahlı müqavimətə görə öldürüldüyünü bildirirlər.

Multimedia

XS
SM
MD
LG