Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:14

5 yaşlı qızın qatilinə ‘ən ağır cəza’ tələb olunur


Huvaido-nun qohumları Düşənbə aeroportunda, 25 iyul, 2018-ci il
Huvaido-nun qohumları Düşənbə aeroportunda, 25 iyul, 2018-ci il

Tacikistan Rusiyadan dərin araşdırma aparmağı, 5 yaşlı tacik qızı zorlayandan sonra bıçaqla öldürənə “sərt cəza” kəsməyi tələb edir.

Həftənin əvvəlində Moskva yaxınlığındakı şəhərdə baş vermiş bu hadisə hər iki ölkədə hiddət doğurub.

Tacikistan Xarici İşlər Nazirliyi iyulun 25-də Rusiya Xarici İşlər Nazirliyinə rəsmi nota göndərib. Notada deyilir ki, “beş yaşlı tacik qızı Huvaido Tillozoda-nın iyulun 22-də Serpuxov şəhərində öldürülməsi Tacikistan xalqını sarsıdıb və qəzəbləndirib”.

Tacik əmək miqrantlarının qızı Tillozoda iyulun 22-də itkin düşüb, bir gün sonra cəsədi idman çantasından tapılıb.

“AĞIR CƏZA KƏSİLSİN”

“Tacik tərəfi Rusiya Federasiyasını... uşağa qarşı bu qəddar cinayəti hərtərəfli araşdırmağa çağırır, bu qeyri-insani zorakılıq aktını törədən cinayətkara ağır cəza kəsməyi tələb edir”, – nazirlik bəyanatında bildirir.

Qızcığazın cəsədi Düşənbəyə aparılıb
Qızcığazın cəsədi Düşənbəyə aparılıb

İstintaq Komitəsinin regional şöbəsi iyulun 23-də şübhəlinin saxlandığını bildirib.

Şəhər sakinlərinin deməsinə görə, 27 yaşlı şübhəli qızın və valideynlərinin yaşadığı binada qalıbmış. Sakinlər iddia edirlər ki, ötən il qonşulardan biri onun barəsində polisə məlumat verib, öz qızına və başqa bir qıza qarşı seksual hərəkətlər etdiyini bildirib.

Moskva dairə polisi iyulun 24-də bildirib ki, məsələ üzrə daxili təhqiqat başladılıb, yəni o zaman uyğun tədbirlərin görülüb-görülmədiyi müəyyənləşdiriləcək.

Tillozoda-nın atası Abdusalom Saidov iyulun 25-də qızını dəfn etmək üçün Tacikistana aparıb.

O, AzadlıqRadiosu-na bildirib ki, bir neçə günə Serpuxov şəhərinə qayıdacaq, qızının qətlinə görə ədalətin yerini tapmasına çalışacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG