Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Yanvar, bazar, Bakı vaxtı 13:43

Karxanalarla bağlı 7 cinayət işi başlanıb


Çöyçayda dağılan körpü

Ölkənin müxtəlif regionlarındakı daş karxanaları ilə bağlı 7 cinayət işi istintaq olunur. Bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib.

O həmçinin qeyd edib ki, Göyçayda körpünün uçması faktı ilə bağlı 7 vəzifəli şəxs məsuliyyətə cəlb edilib və hazırda həmin cinayət işləri üzrə istintaq tədbirləri davam etdirilir.

Bu il iyunun 2-də Göyçay çayı üzərindəki körpü sel-suları nəticəsində dağılmışdı. Nəticədə 39 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilmişdi.

Hüquq-mühafizə orqanları körpünün dağılmasına səbəb kimi bir sıra karxanaların fəaliyyətini göstəriblər. Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2.1-ci (külli miqdarda ziyan vurmaqla sahibkarlıqla məşğul olma), 255-ci (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) maddələri ilə Nazim Qasımova, Nəcməddin Əliyevə ittiham elan edilib.

Müəyyən edilib ki, «Göyçay» qum-çınqıl yatağından qanunsuz istifadə etməklə «Real İnşaat», «Elnicat», «Azpod», «Attinak», «ATF» adlı MMC-lər, həmçinin «Azəraqrartikinti» ASC-nin Göyçay filialı, «Bayburt Qrup» Anonim şirkəti, fiziki şəxslər Şahid İsmayılovla Tahir Əliyev təbiətə 3 milyon 342 min 280 manatlıq ziyan vurublar.

XS
SM
MD
LG