Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 09:15

Suriyada İŞİD qüvvələrinin hücumunda 200-dək ölən var


Ölkənin şimalındakı Sveyda şəhərində intiharçı partlayışı törədilib
Ölkənin şimalındakı Sveyda şəhərində intiharçı partlayışı törədilib

Özünü İslam Dövləti adlandıran ekstremist qrupun cənubi Suriyada hökumətin nəzarətində olan ərazilərə silsilə intiharçı partlayışları da daxil bir neçə hücumunda 200-dək mülki və hərbçi öldürülüb.

Bu barədə məlumatı hökumət rəsmiləri və monitorinq qrupu iyulun 25-də verib.

Yerli səhiyyənin rəhbərliyi bildirir ki, bu hücumlar nəticəsində ümumilikdə 96 nəfər öldürülüb və 176 nəfər xəsarət alıb.

Britaniyada mənzillənmiş Suriya İnsan Haqlarını Müşahidə Qrupu isə öldürülənlərin sayının təhlükəsizlik əməkdaşları da daxil 183 nəfər olduğunu bildirib.

İŞİD-in məlumatına görə ölənlərin sayı 100-dən çoxdur.

SANA dövlət xəbər agentliyinin məlumatına görə intiharçı partlayışlarından biri izdihamlı bazarda törədilib.

Daha iki intiharçı bombalarını partlatmağa macal tapmamış təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.

Suriya dövlət televiziyasının məlumatına görə İD silahlıları Sveyda yaxınlığındakı üç kəndə hücum ediblər.

Suriya prezidenti Bashar al-Assad-a sadiq qüvvələr bu yaxınlarda qiyamçıların nəzarətində olan ərazini ələ keçiriblər və hazırda İŞİD silahlılarını bu ərazidən təmizləməyə çalışırlar.

***

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Suriyanın cənubundakı Sveyda şəhərində bir neçə hücumda onlarla adam öldürülüb və yaralanıb.

Böyük Britaniyada mənzillənən Suriya İnsan Haqlarını Müşahidə Təşkilatının bildirməsinə görə, təhlükəsizlik əməkdaşları da daxil olmaqla, azı 32 nəfər öldürülüb, 30 yaralı var.

Hücumlardan birini adamların gur olduğu bazarda intiharçı törədib. Xəbəri SANA agentliyi yayıb. Daha iki intiharçını isə təhlükəsizlik qüvvələri qətlə yetirib, onlar partlayış törətməyə hazırlaşırmışlar.

Suriya dövlət televiziyası Sveydadan şimal-şərqdə yerləşən üç kəndə İslam Dövləti (İŞİD) qruplaşması yaraqlılarının hücum etdiyini xəbərləyib.

Prezident Bashar al-Assad qüvvələri bu yaxınlarda əraziyə nəzarəti ələ alıb və hazırda İŞİD yaraqlılarını buradan tamamilə çıxarmağa çalışır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG