Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:19

Novichok ətir qabında olub


Dawn Sturgess (solda) və Charles Rowley
Dawn Sturgess (solda) və Charles Rowley

Novichok sinir qazıyla zəhərlənmiş britaniyalının deməsinə görə, qazın olduğu ətir qabı tapıb və bilməyərəkdən onu partnyoruna verib. Qadın ətiri biləklərinə vurub, daha sonra dünyasını dəyişib.

45 yaşlı Charlie Rowley iyulun 24-də yayılmış müsahibələrində deyib ki, özü də “yağlı” maddəylə təmasda olub, ancaq sağ qalıb. Amma o, 44 yaşlı partnyoru, üç uşaq anası Dawn Sturgess-in ölümüylə heç cür barışa bilmədiyini sözlərinə əlavə edib.

15 DƏQİQƏDƏN SONRA ŞİKAYƏTLƏNDİ

Hər ikisi İngiltərənin Solsberi şəhəri yaxınlığındakı Amsberidə zəhərləniblər. Martın əvvəlində rusiyalı keçmiş casus və qızı Solsberidə həmin maddədən zəhərlənmişdilər.

ITV News televiziyasına müsahibəsində Rowley şüşə ətir qabını haradan tapdığını xatırlamadığını, ancaq onun qutuda və plastik qablaşdırmada olduğunu vurğulayıb.

Sergei Skripal (solda) və qızı Yulia
Sergei Skripal (solda) və qızı Yulia

Bunu hədiyyə kimi Sturgess-ə verəndə “o, şüşənin tanınmış brend olduğunu görüb”, ətiri biləklərinə vurub.

“On beş dəqiqədən sonra Dawn başağrısından şikayətləndi, elə paltarlı vannaya keçdi”, – deyən Rowley özü də maddədən əlinə aldığını, sonra da yuduğunu söyləyib.

“Yağlı idi, iylədim, ətir iyi gəlmirdi”, – o deyib.

Hər ikisi xəstələnib və elə həmin – iyunun 30-da axşam xəstəxanaya yerləşdiriliblər.

Bir neçə gündən sonra rəsmi dairələr onların soyuq müharibə dövründə Sovet İttifaqında hazırlanmış Novichok hərbi dərəcəli sinir qazından zəhərləndiyini təsdiqləyib.

Sturgess iyulun 9-da dünyasını dəyişib, Rowley isə iki həftə komada qalandan sonra, iyulun 20-də xəstəxanadan buraxılıb.

SKRİPALLARIN ZƏHƏRLƏNMƏSİ İLƏ ƏLAQƏ ARAŞDIRILIR

“The Sun” qəzetinə müsahibəsində o, başına gələnləri dəhşətli və sarsıdıcı adlandırıb. Sağ qaldığına görə özünü xoşbəxt hiss etdiyini, ancaq özünün də çox şey itirdiyini söyləyib.

Polis Sturgess-in ölümünü qətl kimi nəzərdən keçirir və bildirir ki, keçmiş casus Sergei Skripal və qızı Yulia-nın zəhərlənməsi arasında əlaqə təhqiqatın ana xəttidir.

Britaniya və müttəfiqləri Rusiyanı Skripalı öldürmək cəhdində suçlayıb. O, vaxtilə Rusiya agentlərini Britaniyaya satmaqda təqsirli bilinərək məhkum edilib, ancaq 2010-cu ildə məhbus mübadiləsi nəticəsində buraxılıb.

Rusiya böyük diplomatik qalmaqal yaratmış zəhərlənmə olayında əli olmadığını bildirib.

Rowley “insidentin onu çox qəzəbləndirdiyini” vurğulayıb.

Zəhəri kiminsə götürməsi üçün qoymaq çox məsuliyyətsiz hərəkətdir. Onu uşaqlar da tapa bilərdi”, – o, ITV-yə deyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG