Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:44

Putini Konqresdə görmək ‘istəmirlər’


Helsinkidə etiraz aksiyası, 16 iyul, 2018-ci il
Helsinkidə etiraz aksiyası, 16 iyul, 2018-ci il

ABŞ Konqresinin liderləri deyirlər ki, Rusiya prezidenti Vladimir Putin Vaşinqtona səfər edərsə, onu konqresə dəvət etməyəcəklər. Səbəb Rusiyanın ABŞ-da seçkilərə iddia olunan müdaxiləsidir. ABŞ prezidenti Donald Trump Putini bu payız Vaşinqtona, ikinci sammitə dəvət edib.

Nümayəndələr Palatasının spikeri Paul Ryan və Senatda çoxluğun lideri Mitch McConnell iyulun 24-də Putinə hər hansı dostyana yanaşmanı rədd ediblər. Onlar Trump-ın Putinlə 16 iyul Helsinki sammitindən sonra Rusiya prezidentinə belə isti münasibətindən də narazılıq dilə gətiriblər.

“TOZANAQ YATSIN”

Ryan və McConnell-in deməsinə görə, Putini Konqresdə çıxış etməyə dəvət etmək planları yoxdur. Adətən, xarici liderlər Konqresə dəvət olunurlar.

Donald Trump və Vladimir Putin Helsinkidə mətbuat konfransında
Donald Trump və Vladimir Putin Helsinkidə mətbuat konfransında

“Ona birgə iclasda çıxış üçün dəvət göndərməyəcəyik”, – Ryan deyib.

“Spikerlə mən aydın şəkildə demişik ki, Putin Kapitolidə arzuolunan şəxs deyil”, – bunu isə McConnell söyləyb.

Kremlin müşavirinin iyulun 24-də bildirməsinə görə, Putin Helsinki görüşündən sonra “tozanağın yatmasını” gözləyir, bundan sonra Trump-ın ikinci sammit təklifi üzrə qərar veriləcək.

Yuri Ushakov Birləşmiş Ştatlarda “onsuz da qızğın” siyasi ab-havanı daha da alovlandırmaq istəmədiklərini, Vaşinqtona səfərlə bağlı hər hansı hazırlıq görülmədiyini deyib. Onun sözlərinə görə, Putin Trump-la digər məkanlarda, məsələn, bu payız Argentinada Böyük 20-liyin sammitində görüşə açıq olacaq.

Paul Ryan
Paul Ryan

ABŞ kəşfiyyat cameəsi və xüsusi prokuror belə bir qənaətə gəliblər ki, Rusiya seçki zamanı Trump-ın namizədliyini dəstəkləmək, onun demokrat rəqibi Hillary Clinton-a zərbə vurmaq üçün sosial mediada təbliğat materialları yayıb, demokratların sənədlərinə haker hücumları edib. Kəşfiyyat rəsmilərinin deməsinə görə, Moskva builki konqres seçkilərinə müdaxilə etmək yönündə də çalışır.

DÜZGÜN MESAJ

“Rusiyalılar yaxşı olar, seçkilərimiz ətrafında eşələnməkdən əl çəksinlər. Keçən dəfə bunu etdilər, yaxşı olar, daha etməsinlər”, – McConnell jurnalistlərə deyib. O, Moskvaya təzyiqi artıracaq qanunvericiliyə də açıq olduğunu sözlərinə əlavə edib. Bir il öncə Konqres Rusiyaya seçkiyə iddia olunan müdaxiləsinə görə sərt sanksiyalar tətbiq edən qanun qəbul edib.

Mitch McConnell
Mitch McConnell

Ryan vurğulayıb ki, Trump Putin kimi xarici liderlərə düzgün mesaj verirsə, onunla heç bir problem yoxdur.

“Əgər mesaj belədirsə ki, ‘ölkəmizə müdaxiləni dayandırın, suverenliyimizi pozmağı dayandırın’, onda bunu dəstəkləyirəm. Əsas məsələ hansı mesajın verilməsidir”, – Ryan jurnalistlərə söyləyib.

Trump Helsinki sammitindən sonra Putin-in Rusiyanın müdaxiləsini danmasını dəstəkləmiş, ABŞ kəşfiyyat agentliklərinin qənaətini şübhə altına alan kimi görünmüşdü. Bu davranış Birləşmiş Ştatlarda genişmiqyaslı narazılıq doğurmuşdu.

Putin mətbuat konfransında etiraf elədi ki, Trump-ın seçkini qazanmasını istəyib, ancaq bundan ötrü hansısa iş gördüyünü təkzib edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG