Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:25

'Azərsun'un banklara 175 milyon borcu var


Prezident İ.Əliyev və «Azərsun Holdinq»in rəhbəri A.Gözəl

«Azərsun Holdinq» şirkətlər qrupunun gəlirləri (ƏDV nəzərə alınmadan 792.7 milyon manat) il ərzində 3.7 faiz azalıb.

Bu haqda şirkətin 2017-ci il üçün konsolidasiya edilmiş maliyyə hesabatında bildirilir.

«Turan»ın məlumatına görə, ötən il holdinqin əməliyyat xərcləri 98.2 milyon manat təşkil edib. Bu, 2016-cı ildəkindən 26 milyon manat azdır. Satış və inzibati xərclər (55.6 milyon manat) 8 faiz artıb.

İl ərzində holdinqin mənfəəti ümumilikdə 20 milyon manat azalıb. Dövlət büdcəsinə 10.3 milyon manat mənfəət vergisi ödənilib. 2016-cı ilin sonu üçün isə mənfəət vergisi 11.5 milyon manat təşkil edib.

Ümumilikdə, «Azərsun Holdinq» MMC-nin səhmdarları 2017-ci ildə 27.1 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki ilə nisbətən 19.5 milyon manat azdır. Holdinq dövriyyə vəsaiti və mənfəətin azalmasının səbəbləri barədə şərh vermir.

Xatırlatma

«Azərsun Holdinq» MMC Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir. Onun ana şirkəti Birləşmiş Ərəb Əmirliklərindəki «Intersun International Sun Group FZCO» şirkətidir.

Holdinq sənaye, ticarət, nəqliyyat, tikinti, kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən onlarla müəssisəni birləşdirir.

Bir neçə il əvvəl araşdırmaçı-jurnalistlər «Azərsun»un prezident İlham Əliyevin ailəsi ilə əlaqələrini üzə çıxarmışdı.

Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun (ICIJ) müxbiri Stefan Kandea «Azərsun Holdinq»in rəhbərliyində olan Gözəl ailəsinin gizli ofşor şirkətlər vasitəsilə İ.Əliyevlə əlaqələrinə dair sənədlər əldə edib yaymışdı.

Həmin sənədlər göstərirdi ki, Gözəl ailəsi Vircin Adalarında 2008-ci ildə prezidentin qızlarının adına qurulan «Rosamund International» şirkətinin direktoru imiş.

«Azərsun Holdinq» həmin araşdırmanı «qeyri-dəqiq araşdırmalara əsaslanmış material, informasiya yığını» kimi dəyərləndirmişdi.

Multimedia

XS
SM
MD
LG