Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 06:19

5 yaşlı qız zorlanaraq öldürüləndən sonra polis hərəkətə keçib


Rusiya polisi beş yaşlı qız zorlanaraq öldürüləndən sonra şübhəli barədə ötən il edilmiş şikayəti araşdırmağa başlayıb. Serpuxov şəhərinin sakinləri polisin vaxtilə həmin şikayəti gözardı etdiyini bildirirlər.

Moskvanın cənubunda yerləşən şəhərdə Vaida Tillozoda zorlanaraq öldürülüb. Ötən il şəhər sakini uşaqların oyun meydançasında bir kişinin onun qızına və başqa bir qıza qarşı seksual hərəkətlər etməsi barədə məlumat veribmiş.

Moskva dairə polisinin iyulun 24-də bildirməsinə görə, məsələ üzrə daxili təhqiqat başladılıb, yəni o zaman uyğun tədbirlərin görülüb-görülmədiyi müəyyənləşdiriləcək.

Tillozoda Tacikistandan olan işçi miqrantların qızı idi. O, iyulun 22-də itkin düşüb və bir gün sonra cəsədi idman çantasında tapılıb. İstintaq Komitəsinin regional şöbəsi iyulun 23-də şübhəlinin saxlandığını bildirib.

Hüquq-mühafizə orqanları şübhəlinin adını açıqlamasa da, media və Serpuxov sakinləri onun 2017-ci ildə yerli sakinin barəsində polisə məlumat verdiyi 27 yaşlı şəxs olduğunu yazır.

Tillozoda-nın atası Abdusalom Saidov iyulun 24-də AzadlıqRadiosu-na deyib ki, qızı hələ də morqdadır, Serpuxov şəhər polis təhvil verəndən sonra Tacikistanda dəfn olunacaq.

XS
SM
MD
LG