Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 21:14

Kabildə raket hücumlarında 3 nəfər yaralanıb


Ailələr raket zərbələrinə görə evlərindən çıxırlar

Əfqanıstanın paytaxtı Kabilə bir neçə raket atılıb, azı 3 nəfərin xəsarət aldığı bildirilir.

Kabil polisinin sözçüsü Hashmat Stanekzai AzadlıqRadiosu-na bildirib ki, raketlər Kabilin beşinci rayonuna iyulun 24-də atılıb.

Raketlərin naməlum məkandan atıldığı bildirilir.

O, polisin təhqiqata başladığını vurğulayıb.

İki gün öncə intiharçı Kabil beynəlxalq aeroportunun girişində özünü partladıb, azı 14 nəfər həlak olub.

Həmin hücuma görə İslam Dövləti ekstremist qruplaşması məsuliyyəti götürüb, hədəfin ölkənin ziddiyyətli vitse-prezidenti Abdul Rashid Dostum olduğu bildirilib.

İnsan haqları pozuntularında ittiham olunan nüfuzlu səhra komandiri Dostum partlayışdan bir neçə dəqiqə öncə aeroportdan çıxıbmış.

XS
SM
MD
LG