Keçid linkləri

Təcili xəbərlər
2023, 09 Dekabr, şənbə, Bakı vaxtı 00:22

Femen-çi Shachko Parisdə ölü tapılıb


Oksana Shachko
Oksana Shachko

Tanınmış Femen etirazçı qrupunun təsisçisi Oksana Shachko Parisdə ölü tapılıb. Qrup üzvləri bunun daha çox intihara oxşadığını deyirlər.

Femen-in digər təsisçisi Anna Hutsol iyulun 24-də AzadlıqRadiosu-nun Ukrayna xidmətinə müsahibəsində Shachko-nun ölümünü təsdiqləyib. Onun meyitinin ötən gün Parisdəki mənzilində tapıldığı bildirilir.

“O, NARAHAT İDİ”

Bildiyim qədərilə, o, dünyada hər şeyin pis getməsindən narahat idi”, – deyən Shachko onu da qeyd edib ki, son vaxtlar onlar elə də çox ünsiyyətdə olmayıblar.

"Allah rəhmət eləsin. Ən qorxmaz və zərifOksana Shachko bizi tərk etdi. Onun qohumları və dostları ilə birlikdə kədərlənir, polisin rəsmi versiyasını gözləyirik”, – Femen iyulun 24-də vebsaytında bildirib.

Femen fəalları, 2013-cü il
Femen fəalları, 2013-cü il

Femen on il öncə Ukraynada yaradılıb, üzvləri sinələri açıq, bəzən də sinələrinə şüarlar yazaraq etiraz aksiyaları keçirməklə, siyasi tədbirləri, toplantıları pozmaqla tanınıblar.

“İndilik bilinən odur ki, Oksananın cəsədi iyulun 23-də Parisdəki mənzilində tapılıb. Dostları onun intihar qeydi qoyduğunu deyir”, – Femen vebsaytında bildirib.

Paris Burns Telegram kanalında iyulun 23-də axşam yazılıb ki, Shachko intihar edib və polis onun cəsədini mənzilindən götürüb.

Detallar açıqlanmayan bu postun təsdiqlətmək mümkün olmayıb.

Femen-in digər təsisçi üzvü Oleksandra Shevchenko BBC-yə deyib ki, Shachko-nu sonuncu dəfə iyulun 20-də görüblər və onun nə vaxt öldüyü bəlli deyil.

Bunu autopsiya müəyyənləşdirəcək”, – o söyləyib.

***

Hələlik, Fransa hakimiyyətindən məsələyə şərh gəlməyib.

Femen fəalları indiyədək Rusiya prezidenti Vladimir Putin, Çexiya prezidenti Milos Zeman, amerikalı komediya ustası Bill Cosby-yə qarşı etiraz aksiyası keçiriblər.

Ukraynada doğulmuş, 31 yaşlı Shachko son illər Parisdə yaşayırdı.

Femen-in vebsaytında yerləşdirilmiş başqa bir məlumatda o, “zəmanəmizin qəhrəmanı” adlandırılır. “Oksana ədalətsizliyə qarşı çıxırdı, bərabərlik uğrunda savaşırdı, özü və digər qadınlar üçün qəhrəman kimi vuruşurdu”, – postda deyilir.

Oksana daha bizimlə deyil, amma buradadır, hər yerdədir. Oksana... hər birimizin içindədir. O, FEMEN-dədir, feminizmin tarixindədir”, – məlumatda vurğulanır.

XS
SM
MD
LG