Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:13

Birləşmiş Ştatlar İranın neft ixracını bloklayarsa...


Fars Körfəzi

Birləşmiş Ştatlar İrandan neft ixracını önləməyə çalışarsa, Tehran buna bərabər qarşılıqlı addımlarla cavab verəcək. İranın Xarici İşlər Nazirliyi belə deyir.

“Amerika bu yöndə ciddi addım atmaq istəyərsə, İranın reaksiyası və bərabər qarşılıqlı addımları ilə üzləşəcək”, – nazirliyin sözçüsü Bahram Qassemi iyulun 24-də IRNA hökumət agentliyinə deyib.

Birləşmiş Ştatlar digər ölkələrə deyir ki, noyabradək İran neftini almağı dayandırsınlar, yoxsa bunun fəsadları ilə üzləşərkər.

Bundan öncə, mayda ABŞ prezidenti Donald Trump İranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxdığını, Tehrana sanksiyaların bərpa olunacağını bildirib.

İranın 6 ölkəylə imzalamış olduğu saziş onun nüvə proqramını məhdudlaşdırması əvəzində sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu.

İran prezidenti Trump-ı hədələyir
İran prezidenti Trump-ı hədələyir

Prezident Hassan Rohani deyib ki, ölkənin neft ixracı dayandırılarsa, İran da fars Körfəzindən neft ixracının qabağını kəsə bilər. İranın ali dini lideri Ayatollah Ali Khamenei də bu fikri dəstəkləyib.

QARŞILIQLI TVİTLƏR

Son günlər iki ölkə arasında gərginlik artmaqdadır.

Trump Twitter-də yazıb ki, “HEÇ VAXT BİRLƏŞMİŞ ŞTATLARI HƏDƏLƏMƏ, YOXSA TARİXDƏ HEÇ KƏSİN BAŞINA GƏLMƏYƏNLƏRLƏ ÜZLƏŞƏ BİLƏRSƏN... EHTİYATI OLUN!”

Bundan öncə Rohani demişdi ki, İranla istənilən münaqişə “bütün müharibələrin anası” olar.

Tehran isə Trump-ın böyük hərflərlə yazdığı tviti rədd edib.

Xarici işlər naziri Mohammad Javad Zarif Trump-a belə cavab verib: “HEÇ TƏƏSSÜRATLANMADIQ... Minillər boyunca mövcud olmuşuq, özümüzünkü də daxil, imperiyaların çöküşünü görmüşük, bizim imperiya bəzi ölkələrdən də çox yaşayıb. EHTİYATLI OLUN!

Parlamentin spikeri Ali Larijani iyulun 24-də deyib ki, Trump-ın tviti reaksiyaya layiq deyil, onun şərhlərini “qeyri-diplomatik və demaqoqcasına” adlandırıb.

“Birləşmiş Ştatlar diplomatik münasibətlərində nizamsızlıq və azğınlıq yaşayır”, – Larijani İran mediasına deyib.

XS
SM
MD
LG