Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

Ağ ev Trump-ın tənqidçilərini hədələyir


(soldan sağa) John Brennan, Milli Təhlükəsizlik Agentliyinin keçmiş direktoru Michael Rogers və James Clapper
(soldan sağa) John Brennan, Milli Təhlükəsizlik Agentliyinin keçmiş direktoru Michael Rogers və James Clapper

Ağ ev prezident Donald Trump-ın Rusiyayla bağlı mövqeyini tənqid edən altı tanınmış şəxsin təhlükəsizlik sisteminə çıxışını ləğv etməklə hədələyib. Bu isə Trump-ın tənqidçilərini susdurmaqdan ötrü vəzifəsindən sui-istifadə etməsiylə bağlı ittihamlara yol açıb.

Ağ ev iyulun 23-də bildirib ki, ABŞ kəşfiyyat və hüquq-mühafizə agentliklərinin altı keçmiş rəhbərindən söhbət gedir. Onlardan ikisini Trump işdən çıxarıb, səbəb də Federal Təhqiqat Bürosunun (FTB) Rusiyanın 2016-cı il prezident seçkisinə iddia olunan müdaxiləsiylə bağlı təhqiqatı üzrə fikir ayrılıqları olub.

Ağ evin sözçüsü Sarah Sanders deyib ki, həmin altı nəfər “dövlət xidmətini və təhlükəsizik materiallarına çıxışı siyasiləşdirdikləri, Rusiyayla qeyri-adekvat kontaktlarla bağlı əsassız ittihamlar səsləndirdikləri üçün hədəfdədirlər”.

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru John Brennan də hədəfə alınanlar arasındadır. O, Trump-ın ötən həftə Helsinkidə Rusiya prezidenti Vladimir Putin-lə sammitini kəskin tənqid edənlərdən biriydi.

“DÜŞMƏN SİYAHISI”

Trump sammitdən sonra Putin-lə birgə mətbuat konfransında ABŞ kəşfiyyat komitəsinin Rusiyanın seçkiyə müdaxiləsiylə bağlı qənaətini şübhə altına almı., Putin-in məsələni təkzib etdiyini vurğulamışdı. Bundan sonra Brennan tvitində yazdı ki, Trump “tamamilə Putin-in cibindədir”, onun dedikləri “vətənə xəyanətdən başqa bir şey deyil”.

Sarah Huckabee Sanders
Sarah Huckabee Sanders

Daha bir tənqidçi FTB-nin keçmiş direktoru James Comey-dir. O, “Rusiya istintaqı”nı aparırdı, Trump 2017-ci ilin mayında onu işdən çıxardı. Daha sonra Comey Trump-ın “əxlaq baxımından prezidentliyə uyğun gəlmədiyini” bildirdi.

Tənqidçilərin fikrincə, Comey, Brennan, keçmiş təhlükəsizlik və milli təhlükəsizlik müşavirləri James Clapper, Michael Hayden, Susan Rice və Andrew McCabe-nin hədəfə alınması görünməmiş “siyasiləşmə” deməkdir.

“Düşmənlərin siyahısı iyrənc, qeyri-demokratik və qeyri-amerikandır. Trump-ın müxalifəti susdurmasının bir ölçüsü olacaqmı?” – Nümayəndələr Palatasınının kəşfiyyat komitəsinin aparıcı üzvü Adam Schiff deyib.

Adam Schiff
Adam Schiff

Sanders-in deməsinə görə, Trump həmin şəxslərin təhlükəsizlik sisteminə çıxışının ləğvindən ötrü “mexanizmləri araşdırır”. Sözçü onların Trump-ı tənqid etdikləri üçün hədəfə çevrildiklərini təkzib edib. Ancaq Brennan-ın “vətənə xəyanət”lə bağlı dediklərini sitat gətirib.

Putin-lə görüşdən sonra Trump-ın tərəfini saxlayan azsaylı şəxslərdən biri senator Rand Paul olub. O, iyulun 23-də Trump-la görüşdüyünü, onu Brennan-ın təhlükəsizlik çıxışını ləğv etməyə çağırdığını söyləyib. Brennan hazırda MSNBC-nin ödənişli təhlilçisidir.

“Dövlət qulluqçuları təhlükəsizlik sisteminə çıxışlarından danışıq haqlarının qaldırılması üçün istifadə etməməlidirlər”, – Paul tvitində yazıb.

“BUNU PUTİN KİMİSİ EDƏ BİLƏRDİ”

Keçmiş ABŞ rəsmilərinin çoxu dövlət qulluğundan gedəndən sonra bu çıxışı saxlayır, çünki onlar ya elə keçmiş agentliklərinə tövsiyələr verməkdə davam edirlər, ya da bu, iş müqavilələrinin bir şərti olur.

John McLaughlin
John McLaughlin

Rəsmilərin bu çıxışının ləğvi onları kəşfiyyat cameəsi isə əlaqələri kəsməyə məcbur edə bilər.

“Adətən, bu çıxış istintaqdan sonra, təhlükəsizlik qaydalarının pozulmasına görə alınır”, – MKİ-nin keçmiş direktor müavini John McLaughlin Twitter-də yazıb.

“Bu adamlar məxfi informasiya ictimaiyyətə açıqlamırlar. Bu, siyasi cəza olar... Bunu Putin kimisi edərdi”, – McLaughlin vurğulayıb.

Milli Kəşfiyyatın keçmiş direktoru, hazırda CNN-in ödənişli təhlilçisi olan Clapper isə Ağ evin addımını “sistemdən sui-istifadə” adlandırıb.

MKİ-nin və Milli Təhlükəsizlik Agentliyinin keçmiş direktoru Hayden deyib ki, bu addım onu qorxuda bilməz.

“Bunun mənim dediklərimə, yaxud yazdıqlarıma təsiri olmayacaq”, – o, Twitter-də yazıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG