Keçid linkləri

Təcili xəbərlər
2021, 16 May, bazar, Bakı vaxtı 23:04

Çökmüş yol bərpa olundu


Bakının Cəlil Məmmədquluzadə küçəsində yol çöküb
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00

Bakının Cəlil Məmmədquluzadə küçəsində yol çöküb

Paytaxtın Cəlil Məmmədquluzadə küçəsində yolun çökmüş hissəsinin bərpası yekunlaşdırılıb. Bu haqda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) yaydığı məlumatda deyilir.

«Yolun altında aşkarlanan və söküntüsü yarımçıq aparılmış binanın 2-mərtəbəli zirzəmisinin mərtəbələrarası hissəsi sökülüb. Əks-dolğu işləri aparılıb. Yeni yol yatağı və yol əsası inşa edilərək, asfaltlanma işləri görülüb», - AAYDA bildirir.

İyulun 15-də Cəlil Məmmədquluzadə küçəsində çökmə baş vermişdi. Bu yolun Bakı Metropoliteni tərəfindən müvəqqəti və alternativ yol kimi çəkildiyi bildirilirdi.

Növbəti günlərdə rəsmi qurumlar çökmüş ərazidə aparılan qazıntılar zamanı yol səthindən təqribən 5-6 metr dərinlikdə dəmir-beton konstruksiya aşkarlandığı haqda məlumat yaydılar. Həmin konstruksiyanın əvvəllər sözügedən ərazidə söküntüsü tam həyata keçirilməmiş və tökmə torpaqla örtülmüş hündürmərtəbəli binanın zirzəmi hissəsi olduğu deyilirdi.

«Müvəqqəti yol hissəsi söküntüsü tam həyata keçirilməmiş, tökmə torpaqla örtülmüş hündürmərtəbəli binanın zirzəmisinin üzəri ilə çəkildiyindən və həmin zirzəminin 6-7 ildir ki, torpaq altında qalaraq korroziyaya uğramış mərtəbələrarası beton tavası sındığından müvəqqəti yolda çökmə baş verib», - məlumatda bildirilirdi.

Azərbaycanda yeni çəkilən və ya təmir olunan yolların çökməsi, dağılması dəfələrlə baş verib. Mütəxəssislər bunu korrupsiya, səhlənkarlıq kimi amillərlə izah edirlər.

XS
SM
MD
LG