Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:07

Trump-dan Rohani-yə xəbərdarlıq


Hassan Rohani diplomatlarla görüşdə, 22 iyul, 2018-ci il
Hassan Rohani diplomatlarla görüşdə, 22 iyul, 2018-ci il

İranın Bəsic qüvvələrinin komandiri Gholam Hossein Gheibparvar Trump-ın tivitini “psixoloji müharibə” adlandırıb.

“O, İrana qarşı hansısa addım atmağa cəsarət etməz”, – yarırəsmi ISNA xəbər agentliyi Gheibparvar-a istinadla yazıb.

“Biz heç vaxt inqilab prinsiplərimizidən və inancımızdan əl çəkməyəcəyik”, – o deyərək əlavə edib ki, İran xalqı və silahlı qüvvələri düşmənə boyun əyməyəcək, ona qarşı dayanacaq.

IRNA rəsmi agentliyi isə yazıb ki, Trump İranın xarici işlər naziri Mohammad Javad Zarif-i təkrarlamaqla məşğuldur. Məlumatlara görə, Zarif 2015-ci ilin nüvə danışıqları zamanı Qərb ölkələrinə “iranlı heç vaxt hədələməmək”lə bağlı xəbərdarlıq edib.

***

ABŞ prezidenti Donald Trump iranlı həmkarı Hassan Rohani-ni Twitter-də təhdid edib, deyib ki, Birləşmiş Ştatları “HEÇ VAXT HƏDƏLƏMƏSİN”, yoxsa “tarixdə indiyədək çox az adamın başına gələnlərlə” üzləşə bilər.

Trump iyulun 22-də axşam böyük hərflərlə yazdığı tvitdə bu xəbərdarlığı dilə gətirib.

Ondan bir neçə saat öncə isə Rohani Trump-a xəbərdarlıq edib ki, Tehrana qarşı düşmən hərəkətlərinin fəsadları ola bilər.

“Amerika bilməlidir ki, İranla sülh bütün sülhlərin anasıdır, İranla müharibə isə bütün müharibələrin anasıdır”, – rəsmi IRNA xəbər agentliyinin məlumatına görə, Rohani iyulun 22-də iranlı diplomatlarla görüşdə deyib.

Trump isə tvitində yazıb: “İran prezidenti Rouhani-yə: HEÇ VAXT BİRLƏŞMİŞ ŞTATLARI HƏDƏLƏMƏ, YOXSA TARİXDƏ HEÇ KƏSİN BAŞINA GƏLMƏYƏNLƏRLƏ ÜZLƏŞƏ BİLƏRSƏN.

“BİZ DAHA SİZİN ZORAKILIQ VƏ ÖLÜMLƏ BAĞLI SARSAQ SÖZLƏRİNİZİ DƏSTƏKLƏYƏCƏK ÖLKƏ DEYİLİK. EHTİYATLI OLUN!”

POMPEO KHAMENEİ-NİN “HOQQABAZLIĞ”INDAN DANIŞIR

Bu tvitdən iki saat öncə isə ABŞ dövlət katibi Mike Pompeo Kaliforniyada çıxışı zamanı İranın ali dini lideri Ayatollah Ali Khamenei və ölkənin digər dini liderlərini “riyakar müqəddəs adamlar” adlandırıb.

Mike Pompeo İran diasporu qarşısında çıxış edir, 22 iyul, 2018-ci il
Mike Pompeo İran diasporu qarşısında çıxış edir, 22 iyul, 2018-ci il

Pompeo çoxlarının “mötədil” saydığı Rohani və xarici işlər naziri Mohammad Javad Zarif-i də sərt tənqid edib.

“Həqiqət budur ki, onlar sadəcə, ayətullanın beynəlxalq hoqqabazlığı üçün hazırlanmış ön cəbhə adamlarıdır. Nüvə sazişi onları mötədilə çevirmədi. Onlar qoyun dərisində canavara döndülər”, – o deyib.

Pompeo vəd edib ki, Birləşmiş Ştatlar İranın “mafiya” hökumətinə diplomatik, hərbi və maliyyə təzyiqini saxlayacaq və artıracaq.

Mayda Trump Tehranın 2015-ci ildə dünya gücləri ilə imzaladığı nüvə sazişindən çıxdığını, İrana sanksiyaların bərpa olunacağını açıqlayıb.

Altı ölkəylə imzalanmış saziş İranın nüvə proqramını məhdudlaşdırması əvəzində ona sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutur.

Sazişi imzalamış Britaniya, Fransa, Almaniya, Rusiya və Çin isə ondan çıxmayacağını bəyan edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG