Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 01:52

Yağış yağacaq, külək əsəcək


Foto arxiv

İyulun 23-də Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə məlumat yayan Ekologiya və Təbii Sərvətlər Nazirliyi bölgədə arabir güclənən mülayim şimal-qərb küləyinin əsəcəyini bildirib.

Temperatur gecə 23-26, gündüz 28-32 dərəcə isti təşkil edəcək.

Nazirlik çimərliklərə üz tutanlara arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar ehtiyatlı olmağa çağırıb.

Azərbaycanın bölgələrində də bəzi yerlərdə gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan olacağı ehtimalı var. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu Naxçıvan Muxtar Respublikasında gecə 18-23, gündüz 34-39 dərəcə isti, Yuxarı Qarabağ, Daşkəsən-Gədəbəy bölgəsində gecə 13-18, gündüz 23-28 dərəcə, Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarındagecə 19-24, gündüz 29-34 dərəcə isti təşkil edəcək. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, eləcə də Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz rayonlarında gecə 17-22, gündüz 28-33 dərəcə isti olacağı təxmin edilir.

Mərkəzi-Aran rayonlarında isə havanın temperaturu gecə 21-26, gündüz 32-37 dərəcə, Astara-Lənkəran bölgəsində gecə 23-26, gündüz 30-35 dərəcə isti olacaq.

Multimedia

XS
SM
MD
LG