Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 20:29

3 mindən çox tələbə “köçürülmək” istəyir


Foto arxiv

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, bir ixtisasdan digərinə dəyişdirilməsi üçün sənəd qəbulu başa çatıb.

Təhsil Nazirliyi sənədlərin qəbulunun iyulun 5-dən 20-dək aparıldığını bildirir.

Nazirliyin məlumatına görə, 1333 tələbə orta ixtisas təhsili müəssisələrinə köçürülmək üçün qeydiyyatdan keçib. Ali təhsil müəssisələrinə köçürülmək üçün qeydiyyatdan keçənlərin sayı isə 3152 nəfər olub.

Köçürülmənin nəticələrinin sentyabrda elan ediləcəyi deyilir.

Azərbaycanda tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir.

Tələblərə görə, Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində uyğun ixtisas üzrə minimal keçid balından az olmamalıdır.

Eləcə də, tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM-in müəyyənləşdirdiyi eyni ixtisas qrupu daxilində olmalıdır.

Xatırlatma

Azərbaycanda tələbələrin köçürülməsi bundan əvvəl, 2018-ci ilin fevralında keçirilib.

Təhsil Nazirliyinin məlumatına görə, qış mövsümündə bakalavriatura və magistratura üzrə 1067 nəfərin köçürülmə üzrə sorğusu təsdiq olunub.

Bakalavriatura üzrə yerli ali təhsil müəssisələrindən 650, xaricdəki universitetlərdən 26, magistratura ilə bağlı 15, orta ixtisas təhsilinə aid isə 186 nəfərin sorğusuna müsbət cavab verildiyi bildirilir.

Multimedia

XS
SM
MD
LG