Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 05:39

Rusiya Butina-nın buraxılmasını tələb edir


Maria Butina (sağdan ikinci) Vaşinqtonda etirazçılarla, 2016-cı il

Rusiyanın Xarici İşlər Nazirliyi iyulun 19-da başlatdığı Twitter kampaniyasında Maria Butina-nı buraxmağa çağırır. ABŞ-da saxlanmış Butina Rusiya casusu olmaqda suçlanır.

29 yaşlı Butina Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən saxlanıb. Bu həftə ona əlbirlik, xarici agent kimi fəaliyyət göstərmək ittihamları verilib. O, Rusiyanın maraqlarının təbliğindən ötrü siyasi qruplara nüfuz etmək cəhdində ittiham olunur.

Nazirlik #FreeMariaButina (Maria Butinanı azad et) həştəqi ilə kampaniya başladıb, Twitter hesabındakı fotonu Butina-nın fotosuyla əvəzləyib. Qurum Butina-nə dəstəkləyənlərdən də sosial media hesablarında bu cür davranmağı xahiş edir.

İyulun 19-da Rusiya xəbər agentliklərinin bildirməsinə görə, Vaşinqtondakı Rusiya konsulluğunun əməkdaşları Butina-ya təcridxanada baş çəkiblər və onun səhhətinin yaxşı olduğu bildirilir.

XS
SM
MD
LG