Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 22:30

Sarayevoda 60 müsəlman cütlük evlənib


Sarayevoda kütəvi toy

İyulun 19-da Bosniyanın paytaxtı Sarayevoda 60 cütlük evlənib. Bu, indiyədək Avropada keçirilmiş ən kütləvi müsəlman toyu hesab olunur.

İstiqlal Məscidinin imamı deyib ki, belə kütləvi toyun keçirilməsində məqsəd gənc bosniyalıların böyük xərc çəkmədən ailə qurmasına kömək etməkdir.

Tədbiri Bosniya-Herseqovinanın İslam İcması yerli MFS-EMMAUS qeyri-hökumət təşkilatının dəstəyi ilə keçirib. Sponsorların Birləşmiş Ərəb Əmirliklərində olduğu bildirilir.

İslam İcması yeni evlənənləri toy libasıyla təmin edib, hər cütlüyə toy hədiyyəsi olaraq 313 dollar verilib.

Mərasim şəriət qaydalarına uyğun təşkil olunub. Gəlinlərin başı bağlı olub.

XS
SM
MD
LG