Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:10

İlham Əliyev Fransada səfərdədir


Azərbaycan prezidenti İlham Əliyev Fransada səfərdədir.

Bu haqda xəbəri AZƏRTAC yayıb.

Səfərin Fransa prezidenti Emmanuel Macronun dəvəti ilə gerçəkləşdiyi bildirilir.

İlham Əliyev iyulun 19-da Parisdə görüşlərə başlayıb. O Fransa Beynəlxalq Əlaqələr İnstitutunun icraçı sədri Tyerri de Montbrial ilə görüşüb.

Söhbət zamanı Fransa-Azərbaycan ikitərəfli münasibətləri, beynəlxalq və regional məsələlər, Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparıldığı deyilir.

Səfər öncəsi bir sıra yerli və beynəlxalq hüquq müdafiəçiləri Fransa prezidentinə müraciət edərək azərbaycanlı həmkarı ilə görüşdə Azərbaycandakı insan hüquqları probleminə, siyasi məhbus məsələsinə diqqət yetirməsini istəyiblər.

Beynəlxalq qurumlar Azərbaycanı təməl insan haqlarını pozduğuna görə tənqid edir, siyasi motivlə həbs edilənləri azad etməyə, siyasi baxışlarına görə vətəndaşları təqib etməməyə çağırır.

Rəsmi Bakı isə bu tənqidləri qəbul etmir. Azərbaycanda vətəndaşların törətdiyi cinayətə görə saxlanıldığını bildirir.

XS
SM
MD
LG