Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Noyabr, bazar, Bakı vaxtı 03:26

Azərbaycana gələn əcnəbilərin sayı artıb


Dövlət Miqrasiya Xidməti

«Azərbaycanda qaçqın statusu ilə yaşayan şəxslərin sayında 23 faiz artım müşahidə olunub. Hazırda bu şəxslərin sayı 75 nəfərdir».

İyulun 19-da Azərbaycan Dövlət Miqrasiya Xidmətinin (DMX) 6 aylıq fəaliyyətinə həsr olunmuş mətbuat konfransında qurumun rəhbəri Vüsal Hüseynov belə deyib.

O söyləyib ki, iyulun 1-nə olan məlumata görə, ölkədə 32648 nəfər müvəqqəti, 11288 nəfər daimi yaşamaq icazəsi əsasında yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxs var.

V.Hüseynov deyib ki, xarici ölkələrdə qeyri-müəyyən vəziyyətdə yaşayan Azərbaycan vətəndaşlarının readmissiyası ilə bağlı 640 şəxs barəsində 322 sorğu daxil olub. Azərbaycan Respublikasının 206 vətəndaşının readmissiyası həyata keçirilib. Onun sözlərinə görə, bu ilin 6 ayı ərzində 827352 əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ölkəyə daxil olduğu qeydə alınıb. Bu da ölkəyə gələn əcnəbilərin sayında 10 faizdən çox artım olduğunu göstərir.

DMX rəisinin sözlərinə görə, hesabat dövründə 347767 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınıb. Daimi yaşamaq üçün icazə verilmiş əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında da 25 faiz artım qeydə alınıb və bu rəqəm 1859 olub.

Multimedia

XS
SM
MD
LG