Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:13

Duma pensiya yaşı qanununu birinci oxunuşda qəbul edir


Parlament qarşısında etiraz aksiyası
Parlament qarşısında etiraz aksiyası

Rusiya parlamentinin aşağı palatası – Dövlət Duması pensiya yaşının artırılmasını nəzərdə tutan qanunu birinci oxunuşda qəbul edib. Bu arada ölkədə etirazlar davam etməkdədir.

Qanun layihəsi iyulun 19-da 327-102 səs fərqilə qəbul olunub. Dumanın qabağında isə 200-dək adam etiraz aksiyasına yığışıb.

Rusiya hökumətinin iyunun 16-da təqdim etdiyi təklif pensiya yaşının 2019-cu ildən başlayaraq tədricən artırılmasını nəzərdə tutur.

Kişilər üçün pensiya yaşının 2018-ci ilədək 65, qadınlar üçünsə 2034-cü ilədək 63 yaşa qaldırılması təklif olunur. Hazırda Rusiyada kişilər üçün təqaüd yaşı 60, qadınlar üçün 55-dir.

Etirazçılar içində deputatlar da var
Etirazçılar içində deputatlar da var

Rusiya Kommunistləri Partiyasının lideri Maksim Suraikin, müxalifətdə olan Yabloko partiyasının aparıcı üzvü Sergei Mitrokhin, Levy Front hərəkatının başçısı Sergei Udaltsov da etirazçılar arasında olub.

Etirazçılar əllərində “Pensiya islahatı genosiddir”, “Putin, pensiya yaşına necə çata bilərik?” və digər şüarlar tutublar.

Duma qanun layihəsini daha iki oxunuşda müzakirə etməlidir, daha sonra Federasiya Şurasında da səsvermədən keçərsə, prezident Vladimir Putin tərəfindən imzalanarsa, qüvvəyə minəcək.

Hökumətin planı son həftələr Rusiyanın regionlarında etirazlara səbəb olub.

Rusiyada orta ömür uzunluğu nisbətən azdır, pensiya yaşı da inkişaf etmiş ölkələrdən olduğundan aşağıdır.

İyulun 1-dək 2,8 milyonadək rusiyalı change.org saytında pensiya islahatına qarşı petisiya imzalayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG