Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 12:50

Nazirlikdən qeyri-sabit hava xəbərdarlığı


Yağış

İyulun 20-də Bakı və Abşeron yarımadasında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeron yarımadasında gecə 24-27, gündüz 30-35, Bakıda gecə 24-26, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir.

İyulun 20-də Azərbaycanın rayonlarında havanın gündüz yağmursuz keçəcəyi, amma axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Gecə 21-26, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti olacağı təxmin edilir.

Nazirlik bildirir ki, iyulun 20-si axşamdan 24-ü axşamadək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə yağışın leysan xarakterli, intensiv olacağı, dolu düşəcəyi, şimşək çaxacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə enəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Multimedia

XS
SM
MD
LG