Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 15:36

Kosovo Avropaya vizasız səyahət tələblərini ‘yerinə yetirib’


Hashim Thaçi və Dimitris Avramopoulos mətbuat konfransında

Avropa Komissiyası bildirir ki, Kosovo vətəndaşlarının Avropanın Şengen zonasında vizasız səyahəti üçün tələbləri yerinə yetirib.

Amma Kosovo üçün viza qaydalarının liberallaşdırılması əvvəlcə Avropa Parlamenti və Aİ Şurası tərəfindən təsdiqlənməlidir. Aİ-nin bir sıra üzvləri bu məsələyə skeptik yanaşır.

Avropa Komissiyasının iyulun 18-də bildirməsinə görə, Priştina sonuncu iki şərti yerinə yetirib – korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizə gücləndirilib və martda Monteneqro ilə sərhədin demarkasiyası razılaşması ratifikasiya olunub.

Aİ-nin miqrasiya üzrə komissarı Dimitris Avramopoulos iyulun 18-də jurnalistlərə Kosovonun “son iki ildə viza liberallaşdırılmasının qalan iki tələbinin icrası üzrə böyük proqres əldə etdiyini” söyləyib.

Kosovo prezidenti Hashim Thaci isə iyulun 18-də Brüsseldə mətbuat konfransında deyib ki, Kosovo üçün “təcridin son hasarının da çöküşü başlanıb”.

Aİ Komissiyası 2016-cı ilin aprelində Kosovoya, Gürcüstan və Ukraynayla birlikdə şərti tövsiyəsini verib. Gürcüstanla Ukrayna 2017-ci ildə Aİ ilə vizasız səyahət statusu qazanıb.

Kosovo Aİ ilə vizasız gediş-gəlişi olmayan yeganə Qərbi Balkan ölkəsidir.

XS
SM
MD
LG