Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:06

Türkiyədə fövqəladə vəziyyət qaldırıldı, amma...


Recep Tayyip Erdogan uğursuz çevriliş cəhdinini ikinci ildönümü tədbirində, 15 iyul, 2018-ci il
Recep Tayyip Erdogan uğursuz çevriliş cəhdinini ikinci ildönümü tədbirində, 15 iyul, 2018-ci il

Türkiyədə 2016-cı ilin uğursuz çevriliş cəhdindən sonra tətbiq olunmuş fövqəladə vəziyyət bu gün – iyulun 19-da ləğv edilib. Ancaq “Frans Pres” agentliyi yazır ki, müxalifət fövqəladə vəziyyətin daha repressiv qanunvericilik tədbirləri ilə əvəzlənəcəyindən narahatdır.

Prezident Recep Tayyip Erdogan 2016-cı il iyulun 20-də fövqəladə vəziyyət elan edib. Bundan beş gün öncə hərbi təyyarələr Ankaranı bombalayıb, İstanbulda qanlı toqquşmalar baş verib, 249 nəfərin həlak olduğu bildirilir.

MÜXALİFƏT QƏZƏBLİDİR

Normal olaraq üç ay davam edən bu rejimin müddəti yeddi dəfə uzadılmışdı. Anadolu dövlət agentliyinin məlumatına görə, hökumət müddətin 8-ci dəfə uzadılması üçün müraciət etmədiyindən artıq çərşənbə günü axşam 10-da rejim qaldırılmış sayılıb.

Fövqəladə rejim dövründə 80 min nəfərin saxlandığı, bundan iki dəfə artıq dövlət qulluqçusunun işdən çıxarıldığı bildirilir.

Türkiyənin müasir tarixində ən böyük təmizləmə təkcə Fethullah Gulen tərəfdarlarını deyil, kürd fəalları, solçuları da hədəfə alıb. Ankara Gulen-in çevriliş cəhdinin arxasında durmaqda suçlayır, amma Gulen iddiaları təkzib edir.

Çevriliş cəhdində şübhəlilərin məhkəməsi
Çevriliş cəhdində şübhəlilərin məhkəməsi

Erdogan ötənaykı prezident kampaniyası çərçivəsində fövqəladə rejimi ləğv etmək vədini vermişdi.

Bu arada hökumətin parlamentə təqdim etdiyi yeni qanunvericilik müxalifəti qəzəbləndirib. Layihə fövqəladə rejimin bəzi sərt tərəflərinin formallaşdırılmasını nəzərdə tutur.

“ANTİTERROR QANUNU”

Hökumətyönlü medianın “antiterror” qanunu adlandırdığı bu sənəd iyulun 19-da komissiya səviyyəsində, 23-də isə plenar iclasda müzakirə olunacaq.

“Bu layihədə nəzərdə tutulmuş tədbirlərlə fövqəladə vəziyyət üç aylığa deyil, üç illiyə uzadılacaq. Elə görünə bilər ki, fövqəladə rejimi qaldırırlar, amma faktiki olaraq, onu davam etdirirlər”, – əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) parlament fraksiyasının rəhbəri Ozgur Ozel belə deyib.

Layihəyə görə, hakimiyyət “terror” qruplarına bağlı hesab etdiyi dövlət qulluqçuların işdən çıxarmaq səlahiyyətini üç il ərzində saxlayır. Elə fövqəladə rejimin əsas üstünlüyü də bu idi.

Gün batandan sonra açıq ictimai yerlərdə etirazlar və toplantılar yasaqlanır, amma ictimai asayişə təhlükə yaratmayacağı halda, onlara gecəyarısınadək icazə verilə bilər.

Yerli hakimiyyət fərdlərin müəyyən ərazilərə giriş-çıxışını 15 gün ərzində yasaqlaya biləcək.

Bundan başqa, çoxsaylı ittihamlar halında şübhəli 48 saat, yaxud dörd gün ittihamsız saxlana biləcək. Dəlil yığmaqda çətinlik varsa, bu müddət iki dəfə uzadıla bilər.

Amnesty International-ın Avropa üzrə direktor müavini Fotis Filippou-nun deməsinə görə, fövqəladə vəziyyətin səlahiyyətlərinin çoxu qüvvədə qalacaq.

“Fövqəladə vəziyyətin bitməsi bizim terrorlar mübarizəmizin sona çatması demək deyil”, – ədliyyə naziri Abdulhamit Gul deyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG