Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:18

İran uran zənginləşdirmə qabiliyyətini ‘artırmaqdadır’


Natanz obyektində sentrifuqalar, arxiv fotosu
Natanz obyektində sentrifuqalar, arxiv fotosu

İran bildirir ki, uran əldə etməyə çalışır və uran zənginləşdirməyə daha çox sentrifuqaların quraşdırılacağı zavodun tikintisini yekunlaşdırır.

Bu açıqlama iyulun 18-də verilib. Bir gün öncə isə İran Birləşmiş Ştatları Beynəlxalq Ədalət Məhkəməsinə verdiyini açıqlayıb. Məhkəmə iddiasına səbəb prezident Donald Trump-ın İranla 2015-ci il nüvə sazişindən çıxmaq, Tehrana sanksiyaları bərpa etmək qərarıdır.

Ali dini lider Ayatollah Ali Khamenei və digər sərt xətt tərəfdarları hazırda məsələ qaldırırlar ki, Trump-ın qərarından sonra Tehran nüvə sazişinin öhdəliklərinə əməl etməlidirmi.

SAZİŞLƏ TƏNZİMLƏNƏN FƏALİYYƏT

Britaniya, Fransa, Almaniya, Rusiya, Çin və Avropa İttifaqının da imza atdığı nüvə sazişi Tehranın nüvə proqramını məhdudlaşdırması əvəzində ona beynəlxalq sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu.

İranın nüvə proqramı, infoqrafika
İranın nüvə proqramı, infoqrafika

Digər ölkələr sazişdən çıxmayacaqlarını açıqlayıblar. İran isə Avropadan Vaşinqtonun bərpa etdiyi sanksiyalarım yaratdığı itkiləri kompensasiyası üçün maliyyə güzəştləri tələb edir.

Khamenei ötən ay elan etdi ki, ölkəsi Natanz nüvə obyektində uran zənginləşdirmə qabiliyyətini artırmağa hazırlaşır.

Vitse-prezident, İran Atom Enerjisi Təşkilatının rəhbəri Ali Akbar Salehi-nin deməsinə görə, İran nüvə sazişinə əməl edəcək və ölkənin gücləndirilən nüvə fəaliyyəti də sazişlə tənzimlənəcək.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) sözçüsü isə “Reuters”ə söyləyib ki, İranın açıqlamasından xəbərdardırlar, amma şərh vermirlər.

İran nüvə proqramının yalnız dinc məqsədli olduğunu deyir, Vaşinqton isə onu nüvə silahları əldə etməyə çalışmaqda suçlayır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG