Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 01:27

Google 5 milyard dollar cərimələndi


İllüstrativ foto

Avropa Komissiyası Google şirkətini 4,34 milyard avro (5 milyard dollar) cərimələdiyini elan edib. Şirkət Android smartfon istehsalçıları və mobil şəbəkə operatorlarına qanunsuz məhdudiyyətlər qoymaqla Avropa İttifaqının rəqabət qaydalarını pozmaqda ittiham olunub.

“Google Android əməliyyat sistemindən istifadə edərək özünün axtarış mühərrikinin dominantlığını möhkəmləndirib”, – Aİ-nin rəqabət üzrə komissarı Margrethe Vestager iyulun 18-də yaydığı bəyanatda bildirib.

Komissiya Google-a göstəriş verib ki, ya 90 gün ərzində buna son qoysun, ya da əlavə cərimələrlə üzləşəcək.

Google şirkətinin davranışının Aİ-nin antimonopoliya qaydalarına zidd olduğu vurğulanır.

Ötən il Google-un təsisçi şirkəti olan Alphabet onlayn şopinq axtarış xidmətinə görə 2,4 milyard avro cərimələnmişdi. Amma bu məbləğ Alphabet-in iki həftəlik gəlirlərindən bir az artıqdır. Şirkətin nağd 102,9 milyard dollarlıq ehtiyatı var.

Google bəyanatında cərimədən şikayət verəcəyini açıqlayıb.

XS
SM
MD
LG