Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 03:37

Əmlak Komitəsi: Xəzər sahillərini özbaşına ələ keçirirlər


Xəzərin sahilində 'Çin səddi'
Gözlə

No media source currently available

0:00 0:03:06 0:00

Xəzərin sahilində 'Çin səddi'

Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağı yalnız dövlət ehtiyacları üçün, yəni turizm, istirahət məqsədilə istifadə oluna bilər. Ancaq qanunvericiliyin bu tələbi pozulur.

Dövlət Əmlak Məsələləri Komitəsinin (DƏMK) məlumatında belə deyilir.

Komitə Xəzər sahillərində dənizin mühafizə zolağının 20-50 metrliyində torpaq sahələrindən qanunsuz istifadə ilə bağlı reydlər apardığını bildirir.

Reydlər zamanı Sabunçu, Xəzər, Suraxanı və Qaradağ rayonlarında, habelə Sumqayıtda torpaq qanunvericiliyinə əməl edilib-edilməməsi araşdırılıb.

«Ümumilikdə 190 monitorinq həyata keçirilib. 50 halda inzibati protokollar tərtib edilib və qanun pozucularına qarşı cərimələr tətbiq edilib. Xüsusən, qanunsuz tikinti, hasara alma, sahil ərazilərinin özbaşına ələ keçirilməsi faktları müəyyən olunub. Faktlarla bağlı materiallar DİN-ə təqdim edilib. Xətai rayonunda Naximov küçəsində dəniz sahilinə torpaq tökülüb və beləliklə, ərazi genişləndirilib. Bununla əlaqədar materiallar cinayət işi açılması üçün korrupsiyaya qarşı mübarizə idarəsinə verilib», - qurumdan deyilir.

DƏMK əlavə edir ki, qeyd olunan faktlar təkcə vətəndaşların istirahət hüququnu pozmur, həm də turizmin inkişafına mənfi təsir göstərir.

Xatırlatma

Yerli qanunvericilik Xəzər dənizinin 20-50 metrlik məsafədə sahilinin yalnız xüsusi məqsədlər üçün istifadəsinə icazə verir.

Torpaq Məcəlləsinə görə, Xəzərin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar yalnız dövlət ehtiyacları üçün, turizm, istirahət məqsədilə istifadə oluna bilər. Zolaq özgəninkiləşdirilə bilməz, yalnız müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında - dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərtilə - istifadəyə və icarəyə verilə bilər.

Torpaq qanunvericiliyinin pozulmasına görə fiziki, vəzifəli və hüquqi şəxslər üçün müvafiq olaraq 4 min, 8 min və 40 min manat cərimə müəyyən edilib.

Cinayət qanunvericiliyinə görə, Xəzər dənizinin 20-50 metrlik sahil zonasında torpaq sahələri ilə bağlı qanunazidd əməllər 7 ildən 10 ilə qədər həbslə cəzalandırıla bilər.

Multimedia

XS
SM
MD
LG