Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:11

Monteneqrolular 3-cü dünya müharibəsini ‘başlada bilərlər’


İyulun 13-də Monteneqroda Dövlətçilik Günü qeyd olunub
İyulun 13-də Monteneqroda Dövlətçilik Günü qeyd olunub

ABŞ prezidenti Donald Trump deyir ki, monteneqrolular çox güclü, “çox aqressivdirlər” və NATO-nun bu yeni üzvü alyansı böyük müharibəyə sürükləyə bilər.

Fox News televiziyasına Helsinkidə verdiyi və iyulun 17-də yayımlanan müsahibədə Trump-dan NATO xartiyasının 5-ci maddəsi barədə soruşurlar. Bu maddəyə görə, alyansın bir üzvünə hücum digər üzvlərə də hücum sayılır.

Jurnalist soruşub ki, “Niyə mənim oğlum Monteneqronu qorumaqdan ötrü oraya getməlidir?” Trump cavabında deyib: “Nə demək istədiyinizi anlayıram. Mən də eyni sualı vermişəm”.

“ÇOX GÜCLÜ VƏ AQRESSİV XALQDIRLAR”

Prezidentin sözlərinə görə, Monteneqro “çox güclü adamları olan kiçik ölkədir, yeri gəlmişkən, çox güclü, çox aqressiv xalqdırlar. Onlar aqressivləşə bilərlər və təbriklər, 3-cü dünya müharibəsi başlayar”.

ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına etiraz olaraq Monteneqrodakı ABŞ səfirliyi önündə aksiya
ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına etiraz olaraq Monteneqrodakı ABŞ səfirliyi önündə aksiya

Trump daha sonra əlavə edib ki, 5-ci maddəyə uyğun olaraq, NATO Monteneqronu müdafiə etməli olacaq, “çünki belə təsis olunub”.

O həmçinin vurğulayıb ki, alyansın hər bir üzvü maliyyə öhdəliklərinə əməl etməlidir, “ödəməlisiniz, ödəməlisiniz”.

NATO-nun ötən həftə Brüsseldə keçirilən sammitində Trump alyans üzvlərini müdafiə xərclərini artırmağa çağırıb. NATO üzvləri 2014-cü ildə vəd ediblər ki, 2024-cü ilin sonunadək ÜDM-nin 2 faizini müdafiəyə xərcləyəcəklər.

Monteneqro 2017-ci ilin iyununda NATO-nun 29-cu üzvünə çevrilib. Rusiya buna qarşı çıxırdı.

NATO-nun genişlənməsinə qarşı kəskin mövqe sərgiləyən Moskva Podqorotsanın alyansa üzvlüyünü də tənqid edib.

XS
SM
MD
LG