Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 21:29

Jurnalistlərin üçüncü binası 2 ilə hazır olacaq


Jurnalistlər üçün bina

Üçüncü binanın jurnalistlərə 2020-ci ildə veriləcəyi deyilir.

Bunu Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli açıqlayıb.

Xəbəri APA yayıb.

«Hazırda binada tikinti işləri sürətlə gedir. Binanın üçüncü mərtəbəsi tamamlanmaq üzrədir», - deyə V.Səfərli qeyd edib.

Jurnalistlər üçün Bakının «20-ci sahə» adlanan və dənizə yaxın hissəsində tikilən ilk bina 2013-ci ildə, ikinci bina 2016-ci ildə təhvil verilib.

Amma cəmiyyətdə və media məkanında jurnalistlərə dövlət tərəfindən mənzil verilməsinə münasibət birmənalı deyil. Hakimiyyət özü və hökumətə yaxın media bunu «dövlətin jurnalistə qayğısı» adlandırsa da, müstəqil media təmsilçiləri bunu «azad sözü susdurmaq» cəhdi kimi dəyərləndirir.

Multimedia

XS
SM
MD
LG