Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 10:15

Trump Rusiyayla ‘düzgün davranmır’


Donald Trump Konqres üzvləri ilə görüşdə, 17 iyul, 2018-ci il
Donald Trump Konqres üzvləri ilə görüşdə, 17 iyul, 2018-ci il

Amerikalıların yarıdan çoxu ABŞ prezidenti Donald Trump-ın Rusiyayla münasibətləri düzgün idarə etmədiyini düşünür. Bunu Trump-ın rusiyalı həmkarı Vladimir Putin-lə Helsinki sammiti və birgə mətbuat konfransından sonra keçirilmiş Reuters/Ipsos rəy sorğusu üzə çıxarıb.

Amma “Reuters” agentliyi yazır ki, Trump-ın sammitdə performansı onun ümumi reytinqinə elə də təsir göstərməyib. Trump mətbuat konfransında Rusiya liderini 2016-cı ildə prezident seçkisinə müdaxilədə ittiham etməyib, üstəlik, ABŞ kəşfiyyat agentliklərinin araşdırmasını şübhə altına alıb.

ÜMUMİ REYTİNQİ DÜŞMƏYİB

Qeydiyyata alınmış seçicilərin 42 faizi Trump-ın vəzifəsinin öhdəsindən gəldiyini düşünür. İyul ayında uyğun gündəlik göstərici 40-44 faiz arasında dəyişir.

Sorğuya görə, seçicilərin 55 faizi prezidentin Rusiyayla münasibətləri düzgün idarə etmədiyini, 37 faizi isə əksini düşünür.

***Buna da bax: Trump Rusiyanın seçki müdaxiləsi barədə iddianı qəbul etdiyini deyib

Respublikaçıların 71, demokratların isə cəmi 14 faizi Trump-ın Rusiyayla davranışını bəyəndiyini söyləyib.

Sorğu respublikaçı seçicilərin hələ də Trump-a böyük dəstək verdiyini üzə çıxarıb. Baxmayaraq ki, onun mətbuat konfransında dedikləri partiya liderlərinin tənqidinə məruz qalmışdı.

Trump mətbuat konfransında Rusiya liderini seçkiyə müdaxilə iddialarını “möhkəm və güclü” şəkildə təkzib etməsinə görə tərifləmişdi və bu, onun tərəfdarlarını belə təəccübləndirmişdi.

Ancaq iyulun 17-də Trump mətbuat konfransında düzgün danışmadığını söyləyib, ABŞ agentliklərinə tam inandığını vurğulayıb.

Qeydiyyata alınmış seçicilərin əksəriyyəti – 59 faizi kəşfiyyat agentliklərinin Rusiyanın seçkiyə müdaxiləsilə bağlı qənaətini bölüşür. Respublikaçıların cəmi 32, demokratların isə 84 faizi belə düşünür.

RUSİYA DÜŞMƏNDİRMİ?

Reuters/Ipsos sorğusu respublikaçı və demokrat seçicilərin fikirlərinin bir məsələdə də kəskin fərqləndiyini ortaya qoyub. Onlar Rusiyanın Birləşmiş Ştatların düşməni olması fikrinə fərqli yanaşırlar.

Ümumilikdə seçicilərin 38 faizi düşünür ki, Rusiya Birləşmiş Ştatların düşmənidir. Təxminən o qədər seçici Rusiyanı “rəqib”, cəmi 8 faiz isə “dost” sayır.

***Buna da bax: ABŞ və Rusiya prezidentlərinin sammitinə reaksiyalar

Demokratların yarısı, respublikaçıların isə hər üçündən biri bu fikirdədir.

Demokratların 44 faizi Rusiyanı birbaşa təhlükə hesab edir, respublikaçıların cəmi 14 faizi bu qənaətdədir.

Ümumi seçicilərin 27 faizi Rusiyanı birbaşa hədə sayır. Ondan qabaqda 31 faizlə Şimali Koreya gəlir.

Amerikalılardan onu da soruşublar ki, hüquq-mühafizə orqanları Trump administrasiyası ilə Rusiya arasında qanunsuz əlaqəyə dəlil tapa biləcəklərmi. 51 faiz bunu mümkün hesab edir. Demokratların 77, respublikaçıların 19 faizi belə düşünür.

XS
SM
MD
LG