Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 20:40

Bakının baş planını hazırlamağa xarici şirkət cəlb edildi


Bakı

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakının baş planının hazırlanmasına başlayıb.

Bu haqda adıçəkilən qurumun məlumatında deyilir.

Komitə bildirir ki, baş planın ən uğurlu qlobal təcrübəyə əsaslanaraq tərtib olunması məqsədilə dünyadakı ən nüfuzlu üç strateji məsləhətçi şirkətdən biri – «The Boston Consulting Group» şirkətini işə cəlb edib.

Adıçəkilən şirkətin son dövrdə Moskva, Kiyev, Pekin, Stokholm, Boston, Nyu-York kimi böyük şəhərlər üçün belə layihələr reallaşdırdığı qeyd edilir.

Komitə bildirir ki, Bakı şəhərinin baş planının hazırlanmasını iki mərhələdə reallaşdırmağı planlaşdırır. Birinci mərhələdə paytaxtla bağlı indiyədək hazırlanmış bütün səhərsalma və ərazi planlaşdırılması sənədlərinin, o cümlədən «Böyük Bakının Regional İnkişaf Planı» və «Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı» layihələrinin təhlili nəzərdə tutulur.

İkinci mərhələdə isə şəhərsalma, memarlıq, mühəndislik şirkətlərini və ekspertləri əməkdaşlığa cəlb etməklə paytaxtın baş planının yekunlaşdıralacağı deyilir.

Haraları sökəcəklər?- Bakının yeni baş planı hazırdır
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

Dövlət orqanları ilə razılaşdırıldıqdan və ictimai müzakirələrdən sonra isə baş plan təsdiqlənmək üçün Nazirlər Kabinetinə təqdim olunmalıdır.

Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq, baş plan təsdiqləndiyi halda 20 il ərzində qüvvədə olacaq.

Xatırlatma

2015-cı ildə bir neçə dövlət qurumu paytaxtın baş planını hazırlayıb Nazirlər Kabinetinə təqdim etmişdi. Sonralar həmin plandan xəbər çıxmadı.

Prezident İlham Əliyev bu yaxınlarda, iyunun 27-də baş planla bağlı sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, planın hazırlanması ilə bağlı tədbirlər üçün Prezidentin Ehtiyat Fondundan 4 milyon manat ayrılsın və xaricdən də mütəxəssislər gətirilsin.

Multimedia

XS
SM
MD
LG