Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:22

Avropa Məhkəməsi Politkovskaya, Pussy Riot-la bağlı qərarını açıqlayıb


Moskvada Anna Politkovskaya-na park salınıb
Moskvada Anna Politkovskaya-na park salınıb

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Moskvanı araşdırmaçı jurnalist Anna Politkovskaya-nın qətlinin istintaqı və Pussy Riot pank qrupuna münasibətinə görə pisləyib.

2006-cı ildə Moskvada öldürülmüş Politkovskaya işi üzrə məhkəmənin qərarında deyilir ki, Rusiya “qətli icra etmiş şəxsi, yaxud şəxsləri tapmaqdan ötrü yetərli istintaq hərəkətləri apara bilməyib”.

Politkovskaya prezident Vladimir Putin-in tənqidçisi idi, Rusiyada yüksək səviyyəli korrupsiyanı ifşa edirdi, Çeçenistanda insan haqları pozuntularından yazırdı. O, 2006-cı il oktyabrın 7-də Moskvada yaşadığı binada qətlə yetirilib.

2014-cü ildə iki nəfər jurnalistin qətlində əli olmaqda təqsirli bilinərək uzunmüddətli həbs cəzalarına məhkum edilib. Ancaq qohumları və həmkarları hesab edirlər ki, qətli sifariş edənlər müəyyənləşdirilib məhkum edilməyənədək ədalət yerini tapmayacaq.

Politkovskaya Putin-in ad günündə öldürülmüşdü deyə, bu, qətlin prezidentə ad günü “hədiyyəsi” olmasıyla bağlı spekulyasiyalara yol açıb.

AİHM jurnalistin ailəsinə 20 min avro kompensasiya ödənməsinə qərar verib.

Maria Alyokhina, arxiv fotosu
Maria Alyokhina, arxiv fotosu

72 MİN AVRO CƏRİMƏ

Avropa Məhkəməsi 2012-ci ildə məhkum edilmiş Pussy Riot qrupunun üzvləri ilə bağlı qərarını da açıqlayıb. Qrup üzvləri ovaxtkı baş nazir Vladimir Putin-in prezidentliyə qayıtmaq planlarına etiraz olaraq “pank dua” oxuduqdan sonra saxlanmışdılar. Məhkəmə qrup üzvlərinin qeyri-insani və alçaldıcı rəftara məruz qaldığını, onların ədalətli mühakimə və azadlıq hüquqlarının pozulduğunu bildirir.

Məhkəmə Maria Alyokhina, Natalya Tolokonnikova və Yekaterina Samutsevich-ə 72 min avro (84 min dollar) kompensasiya ödənməsi barədə qərar çıxarıb.

Bu üç nəfər “dini nifrətə söykənən xuliqanlıq”da təqsirli bilinmiş, iki illik həbs cəzasına məhkum edilmişdilər.

Samutsevich-in cəzası sonradan şərtilə əvəzləndi, Alyokhina və Tolokonnikova isə 2013-cü ildə amnistiyaya düşdülər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG